Məhkəmə qərarları › İş №3(067)-979/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-979/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-979/2025 01.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İş № 3(067)-979/2025 QƏRAR Xaçmaz Rayon Məhkəməsi 01 avqust 2025-ci il Xaçmaz şəhəri Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, “VAZ 21120 “ minik markalı, 90XY881 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında protokol (EQ/********) tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında protokol (İXP 7139832) tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Xaçmaz Rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakteri nəzərə alınaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1995-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə (İXP 7139832) təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar