Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-982/2020 04.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X5 iştirakı ilə xx.xx.1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri Ziya Bünyadov küçəsində yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2020-ci il tarixdə X6 məxsus moskviç markalı avtomobilin ban hissəsini avtomobilin salonundan 156 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə X7 icarə əsasında işlətdiyi çayxanadan 500 manat dəyərində bir ədəd LG markalı televizoru, xx xxxxxx 2019-cu il tarixdə Şahverdiyev Sabir Ömər oğlunun icarə əsasında işlətdiyi «Fəvvarələr» adlı kafedən 35 manat dəyərində 4-5 ədəd araq və 45 manat dəyərində bir ədəd Wi-Fi aparatını, xx xxxxxx 2019-cu il tarixdə X1 yaşadığı küçədə kanalizasiya quyusunun dəmir qapağını, xx xxxxxx 2020-ci il tarixdə X3 yaşadığı evin yardımçı tikilisindən 30 kq qabıqsız qozu gizli yolla oğurlamışıdır. Məhkəmədə izahat vermiş X11 törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə X10 məxsus evdən ev əşyalarını, xx xxxxxxx 2019-cu il tarixdə X2 məxsus avtomobilin salonundan 156 manat pulu, xx xxxxxx 2019-cu il tarixdə X7 ijarə əsasında işlətdiyi çayxanadan 500 manat dəyərində bir ədəd LG markalı televizoru,xx xxxxxx 2019-cu il tarixdə Şahverdiyev Sabir Ömər oğlunun ijarə əsasında işlətdiyi «Fəvvarələr» adlı kafedən 35 manat dəyərində 4-5 ədəd araq və 45 manat dəyərində bir ədəd Wi-Fi aparatını, xx xxxxxx 2019-cu il tarixdə X1 yaşadığı küçədə konalizasiya quyusunun dəmir qapağını, xx xxxxxx 2020-ci il tarixdə X3 yaşadığı evin yardımçı tikilisindən 30 kq qabıqsız qozu gizli yolla oğurlamışıdır. Xaçmaz rayon PŞ-nin İB -nin müstəntiqi Elxan Allahverdiyevin 21 noyabr 2019-cu il tarixli qərarı ilə X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin İB-nin müstəntiqi Əhməd Muradovun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin İB-nin müstəntiqi Cavid Kərimlinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin İB-nin müstəntiqi Şükür Hacıyevin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin İB-nin müstəntiqi Hafiz Əliyevin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Xaçmaz rayon PŞ-nin İB-nin müstəntiqi Əhməd Muradovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X11 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon PŞ-nə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə X8 inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 160 (yüz altmış) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-982/2020
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-982/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver