Məhkəmə qərarları › İş №3(067)-985/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-985/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-985/2025 20.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Xaçmaz rayonu, Yeni-Sudur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Yeni Sudur kəndində qeydiyyatda olmaqla olmaqla faktiki olaraq həmin ünvanda yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Yeni Sudur kəndində nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, “102” qaynar xəttinə müraciət edilərək döyüımə faktı ilə əlaqədar müraciət edilmişdir. Bundan sonra polis əməkdaşları ünvana gedərək Şəxs yaxınlaşmışlar. Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir. Şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şəxs nizam intizama dəvət edərək nalayiq ifadələr işlətməməsi barədə xəbərdar etməsinə baxmayaraq, polisin qanuni tələblərinə tabe olmadığına görə məcburi qaydada Polis Şöbəsinə aparılmışdır. Həmçinin döyülmə faktı ilə bağlı ekspertiza təyin olunmuş, ekspertiza tərəfindən qərar verildikdən sonra İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim ediləcək və ya şəxs tərəflərindən inzibati qaydada cərimə olunacaqdır. Lakin ekspert rəyində döyülmə faktı öz təsdiqini tapmayada bilər. Bundan başqa Hidayət Cəfərov bir nüçə gün əvvəl PŞ-ya aparılaraq İXM-nin 510-cu maddəsinə əsasən tərəflərindən barəsində inzibati qaydada cərimə tətbiq edilmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir daha belə hərəkətlərə yol verməsinin qarşısını almaq və onun islah olması üçün qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan maddə ilə özünü təqsirli bilir. Hadisənin baş verdiyi gün gəlini ilə aralarında münaqişə zəminində mübahisə olmuş, lakin dava etməmişlər. Eyni zamanda polis əməkdaşlarının onu nizam intizama dəvət etdiklərini, lakin ola bilsin ki, onun eşitmədiyini və söyüş söydüyünü bildirmişdir. Həmçinin polis əməkdaşları onu PŞ-ya məcburi qaydada deyil, polisin xidməti avtomobilinə özü əyləşərək aparılmışdır. Belə ki, o əməliyyat olunmuş və yenidən əməliyyat olunmalıdır. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarından, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, polis əməkdaşının qanuni tələbinə tabe olmamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən olunur ki, həmin tarixdə Qusar rayon sakini X3 AR DİN-nin 102 xidmətinə etdiyi müraciətlə əlaqədar saat 22:40 radələrində Xaçmaz rayonu, Yeni Sudur kəndinə gedilmiş və barəsində şikayət olunan Şəxs içkili vəziyyətdə gəlini X1 döydüyünə görə RPŞ-yə aparılmışdır. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən olunur ki, həmin tarixdə DİN-nin 102 xidmətinə edilmiş müraciət əsasında ƏİQ-nin üzvləri Xaçmaz rayonu, Yeni Sudur kəndində olan zaman Şəxs sərxoş vəziyyətdə digər vətəndaşların eşidə biləcəyi şəkildə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış, ona öz qanunsuz hərəkətlərinə son qoymağı tələb edilsə də, o aqressiv şəkildə nalayiq ifadələr işlətməyə davam etmişdir. - “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 00:30-da Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, 146 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi“Akt”ından Şəxs orta dərəcəli sərcoşluq müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Yeni Sudur kəndində nalayiq küçə söyüşləri söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən barəsində məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati təbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1962-ci ildə Xaçmaz rayonu, Yeni-Sudur anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmadan azad edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar