Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-988/2025 03.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu İlxıçı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2-ci maddələri üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2-ci maddələri üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu İlxıçı kəndi ərazisində üzərində Toz markal, E10274 saylı sənədsiz yivsiz tüfəng ilə qanunsuz ovla məşğul olaraq iki ədəd çöl quşunu tələf etmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə babasından qalmış sənədsiz Toz markalı 10274 nömrəli tək lüləli yivsiz ov tüfəngi ilə dəniz kənarında 2 ədəd çöl quşu vurmuşdur. Hərəkətindən peşmandır. Xaçmaz RPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üzürlü səbəblər olmadan məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddələrlə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələrin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş Toz markalı 10274 nömrəli tək lüləli yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh təyin edilsin. Şəxs aşkar edilərək götürülmüş və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan bir ədəd Toz markalı E 10274 nömrəli tək lüləli yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası müvafiq olaraq Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-988/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-988/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver