Məhkəmə qərarları › İş №3(067)-989/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-989/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-989/2020 23.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1987-ci ildə Rusiya Federasiyasında anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxx 2019, xx xxxx 2019, xx xxxx 2019, xx xxxxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixlərdə «VAZ 21060» markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2, 339.1-1 və 469.3-cü maddələri ilə məsuliyyət nəzərdə tutulan xx xxxx 2019-cu il tarixli, EQ 1386548, xx xxxx 2019-cu il tarixli, EQ 1625147, xx xxxx 2019-cu il tarixli, EQ 1691029, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2108039, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol üzrə 50, 50, 50, 50, 50, 50 manat məbləğlərində cərimə olunması barədə qərarlar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarlarla tanış olaraq qərarların, protokolların surətlərini və cərimə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarların qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarları icra etməmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis kapitanı X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş xx xxxx 2019-cu il tarixli, EQ 1386548, xx xxxx 2019-cu il tarixli, EQ 1625147, xx xxxx 2019-cu il tarixli, EQ 1691029, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2108039, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pullar daxil olmaqla ümumilkdə 480 manat məbləğində pulu hazırda tam şəkildə ödəmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mərkəzi informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Şəxs xx xxxx 2019-cu il tarixli, EQ 1386548, xx xxxx 2019-cu il tarixli, EQ 1625147, xx xxxx 2019-cu il tarixli, EQ 1691029, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2108039, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2, 339.1-1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50, 50, 50, 50, 50, 50 manat məbləğlərində cərimə olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx xxxx 2019-cu il tarixli, EQ 1386548, xx xxxx 2019-cu il tarixli, EQ 1625147, xx xxxx 2019-cu il tarixli, EQ 1691029, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2108039, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı qərarlar qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə onun barəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli, 108821, xx xxxxxx 2020-ci il tarixli, 111333 saylı, xx xxxxxx 2020-ci il tarixli, 4855, xx xxxxxx 2020-ci il tarixli, 4980, xx xxxxxx 2020-ci il tarixli, ********* və xx xxxxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Şəxs xx xxxx 2019-cu il tarixli, EQ 1386548, xx xxxx 2019-cu il tarixli, EQ 1625147, xx xxxx 2019-cu il tarixli, EQ 1691029, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2108039, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimə və dəbbə pulları daxil olmaqla 480 manat pulu tam şəkildə ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs xx xxxx 2019-cu il tarixli, EQ 1386548, xx xxxx 2019-cu il tarixli, EQ 1625147, xx xxxx 2019-cu il tarixli, EQ 1691029, xx xxxxxxxx 2019-cu il tarixli, EQ 2108039, xx xxxxxxxx 2019-cu il tarixli, EQ ******* və xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cəriməni ödədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsini duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar