Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-989/2024 22.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X13 Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx xxxxx 1993-cü ildə Xaçmaz rayonunun Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Lotos” İstirahət Mərkəzində mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Arzu kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 12 iyul 2024-cü il tarixdə saat 22:00 radələrində Şəxs işlədiyi Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində yerləşən “Lotos” istirahət mərkəzinin girişində Bakı şəhər sakini X5 ilə aralarında baş vermiş və mübahisə zamanı Elnarə Məmmədovanın otelin giriş qapısından içəri daxil olmaq istəyərkən Şəxs darvazanın qapısını bağlaması nəticəsində Elnarə Məmmədova darvaza ilə avtomobil arasında qalaraq dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X13 Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 izahatında göstərmişdir ki, 27 iyul 2024-cü il tarixdə X5 RPŞ-nə ərizə ilə müraciət edərək 12 iyul 2024-cü il tarixdə axşam saat 21 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Nabran qəsəbəsində yerləşən “Lotos” istirahət mərkəzinə daxil olmaq istəyən zaman orada işləyən X12 və adını bilmədiyi digər şəxsin onu nalayiq ifadələrlə təhqir etdiyini, bundan əlavə Vüqar adlı şəxsin onu otelin giriş darvazasında saxlayaraq onu qapının arasında sıxışdırmış, nəticədə ona xəsarət yetirdiyini bildirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törənmiş xətada özünü təqsirli bilməyərək göstərmişdir ki, o, “Lotos” istirahət mərkəzində mühafizəçi işləyir. Keçən ildən otelin rəhbərliyi həmin qadının barəsində oteldə olan bir çox müştərilər şikayət etdiyinə görə həmin xanımı içəri buraxılmamasını xəbərdarlıq etmişdir. O da vəzifəsini icra edərək xanımı içəri buraxmamışdır. Xanım otelə daxil olmaq istəyən zaman otelin qapısı bağlı idi. Otelin ikinici qapısından avtombil otelə daxil olurdu. O, qapını açan zaman xanım qapıdan içəri girmək istədikdə o, darvazanı bağlamış, bu zaman xanım avtomobil ilə darvazanın arasında arasından keçərək içəri daxil olmuşdur. O, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərmişdir ki, özü hazırda "xxxx" MMC-də mühasib işləyir və hər il ailəsi ilə birlikdə Xaçmaz rayonu, Nabran ərazisində yerləşən istirahət mərkəzlərində istirahət etməyə gedirlər. Bu yay da o, işlədiyi idarənin istirahət mərkəzinə ailəsi ilə birlikdə istirahətə getmiş və həmin isirahət mərkəzinin qarşısında olan “Lotos” istirahət mərkəzinda konsert olduğuna görə sözügedən mərkəzə getmək istəyərkən qapının qarşısında dayanmış mühafizəçi buna əngəl olmaqla ona söz ataraq əxlaqsız təkliflər etmişdir. Onun istirahət mərkəzinin müdiri ilə bu vaxta qədər heç bir narazıçılığı olmamışdır. Mühafizəçi isə onun otelə daxil olmasına imkan verməyərək onu darvazanın arasında sıxmışdır. Bundan sonra müfahizəçi başqa şəxsi onu çölə çıxarmaq üçün köməyə çağırmış və iki qapının arasında sıxmışlar. Nəticədə xəsarət yetirmişlər. Uşaqla, ailə ilə birlikdə istirahət mərkəzinə daxil olanda yarı içəridə yarı çöldə iki qapının arasında sıxışdırmışdır. Daha sonra onlar istirahət mərkəzinin müdirinə zəng etdikdən sonra onu içəri buraxmışlar. Hadisə ilə bağlı Polis Şöbəsinə müraciət etmişdir. Şəxs barəsində şikayətçidir və onun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, X3 “Lotos” istirahət mərkəzində görmüşdür. Həmin xanımın qeyri-etik davranışlarına görə müştərilər şikayət etdiyi üçün otelin müdiri həmin qadının otelə buraxılmaması barədə xəbərdarlıq etmişdir. Bun görə də xanımın içəri daxil olmasına icazə verilməmişdir. Lakin xanım zorla istirahət mərkəzinə daxil olmaq istəmiş, mühafizəçi onu içəri girməsinə mane olmaq istəyən zaman xanım qapıya dəyərək xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, “Lotos” istirahət mərkəzində mühafizəçi işləyir və həmin xanımı otelə gələn turist kimi tanıyır. Hər il istirahət etmək üçün “Lotos” istirahət mərkəzinə gəlir. Otelin müdiri xanımı özünü düzgün aparmadığına görə istirahət mərkəzinə daxil olmasına icazə vermir. Xanım otelə daxil olmaq istəyərkən onlar qapını bağlayanda xanım zorla qapını itələyərək içəri daxil olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 27 iyul 2024-cü il tarixli, 326 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə 10 avqust 2024-cü il tarixli qərar, tərtib olunmuş inzibati xəta haqqında 22 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və hadisə şahidlərinin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə Xaçmaz rayon X9 Bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayevin 10 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, X1 Xaçmaz rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından həmin xüsusat üzrə Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin (döymə) tərkibi əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Xaçmaz rayon X11 təhlükəsilik bölməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin cinayət işi başlanmasının rədd edilməsi barədə 10 avqust 2024-cü il tarixli qərarda istinad olunan, tədqiqat materialı üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 27 iyul 2024-cü il tarixli, 326 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərhər iki bazu nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən yönəlməklə 08 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs ilk dəfə inzibatə xəta törətməsi və törətdiyi xətada özünü təqsirli bilməklə hərəkətlərindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA Düzdür: HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-989/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-989/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver