Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-99/2024 21.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olan hüquqi şəxs- Şəxs ünvanına Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 27 nömrəli hesab-faktura (invoys) və xx.xx.2023-cü il tarixli yol-nəqliyyat (CMR) sənədləri əsasında xx.xx.2023-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 99ZS505/99ZG855 dövlət nömrə nişanlı “DAF” markalı yük avtomobilində idxal olunaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3668 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş mallara 17 avqust 2023-cü il tarixdə həmin Baş İdarənin “İpək Yolu” gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı gömrük bəyannaməsində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan az miqdarda, yəni ümumilikdə 13121,10 manat dəyərində avtomobil ehtiyyatı hissələri olan 70 ədəd dinamo, 21 ədəd şrus, 22 ədəd alışdırma babini, 150 ədəd termostat, 103 ədəd mühərrik reduktoru, 30 ədəd qol yatağı (podşipnikin rıçaqı), 36 ədəd starter, 300 ədəd baqajın amortizatoru, 60 ədəd göstərici (datçik), 24 ədəd hava sayğacı (Almaniya mənşəli), 435 ədəd mühərrik sepi, 48 ədəd paylama sensoru, 40 ədəd eksantrik mili, 16 ədəd ştanqın şarniri, 12 ədəd alışdırma datçiki və 40 ədəd kondisioner filteri (Almaniya mənşəli), həmçinin gömrük bəyannaməsində qeyd olunanlardan əlavə, yəni gömrük orqanına sayları düzgün bəyan olunmayan, az miqdarda, yəni ümumilikdə 25420,50 manat dəyərində avtomobil ehtiyyatı hissələri olan 158 ədəd bufer, 215 ədəd remen başmağı, 621 ədəd yükləyici (vkladış), 38 ədəd qapı zamoku, 220 ədəd alışdırma kilidi, 2 ədəd debriyaj dəsti, 13 ədəd yanacaq nasosu, 203 ədəd top (şaravoy), 320 ədəd arxa stopun platası, 15 ədəd surətlər qutusunun yastığı, 440 ədəd arxa təkərin rulmanı (podşipniki), 7 ədəd arxa körpünün polosu, 54 ədəd 13 dişli spidometr sürücüsü, 3 ədəd əl əyləcinin qolu (rıçaqı), 225 ədəd səssiz blok, 267 ədəd bağlama çubuğu (rulavoyun tyaqası), 9 ədəd arxa sol stop, 9 ədəd artıq arxa sağ stop, 62 ədəd arxa tormoz silindiri, 63 ədəd şarnir, 1481 ədəd dəst halda dönmə siqnalının təkrarlayıcısı və 810 ədəd işıq siqnalları üçün sap açarı aşkar olunaraq götürülmüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, iş materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6854 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş avtomobil ehtiyyatı hissələri 2 adda “Niva” və 36 adda “Vaz 2101”, “Vaz 2106” və “Vaz 2107” markalı avtomobillərə məxsus yeni ehtiyyat hissələrinin xx.xx.2023-cü il tarixə olan ümumilikdə respublikadaxili bazar qiyməti 136854 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ərazisində avtomobil ehtiyyatı hissələrinin satışı ilə məşğul olan "xxxx" MMC-dən, "xxxx" MMC-dən və fərdi sahibkar X3 tərəfindən tərtib olunmuş, hüquqpozma predmetləri olan avtomobil ehtiyyatı hissələrinin satış qiymətləri ilə bağlı qiymət cədvəllərindən görünür ki, avtomobil ehtiyyatı hissələrinin ümumi dəyərləri "xxxx" MMC tərəfindən tərtib olunmuş cədvəldə 39960 manat, "xxxx" MMC tərəfindən tərtib olunmuş cədvəldə 38541,60 manat, X3 tərəfindən tərtib olunmuş cədvəldə isə 37348,80 manat qeyd olunmuşdur. İş materiallardan müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6854 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə avtomobil ehtiyyatı hissələrinin satış qiymətləri ilə bağlı qiymət cədvəlləri arasındakı qiymət fərqlərinin kəskin dərəcədə fərqli olması səbəbindən qiymət cədvəlləri əlavə olunmaqla 24 oktyabr 2023-cü il tarixli “təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında” qərar əsasında yenidən ekspertiza təyin olunaraq müvafiq rəy əldə olunmasından ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 9/8183 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC-dən, "xxxx" MMC-dən və fərdi sahibkar X3 tərəfindən tərtib olunmuş qiymət cədvəllərində göstərilən orta qiymətlər nəzərə alınmaqla Rusiya istehsalı olan “VAZ 2101, 2106, 2107, 2121” markalı avtomobillərə məxsus yeni ehtiyyat hissələrinin xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 38541,60 manat müəyyən edilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli qərarından görünür ki, X1 rəhbəri olduğu Şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işinin başlnması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli qərardan və digər iş materiallarından müəyyən olunur ki, hüquqpozma predmeti olan mallar- avtomobil hissələri Sumqayıt şəhəri ərazisində, Sumqayıt Dəmiryol Stansiyasının yaxınlığında yerləşən “X7 ehtiyat hissələri” adlı yerdə mövcud olan anbar tipli otağa təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinərək daha ciddi xətaya görə müəyyən edilmiş Azərbaycan Respublikasının 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini nəzərə alaraq, törədilmiş xətanın bilavasitə obyekti olan malların müsadirə olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan mallar- Sumqayıt şəhəri ərazisində, Sumqayıt Dəmiryol Stansiyasının yaxınlığında yerləşən “X7 ehtiyat hissələri” adlı ticarət obyektinin anbarına təhvil verilmiş ümumilikdə 38541,60 manat dəyərində 38 adda avtomobil hissələri- olan 70 ədəd dinamo, 21 ədəd şrus, 22 ədəd alışdırma babini, 150 ədəd termostat, 103 ədəd mühərrik reduktoru, 30 ədəd qol yatağı (podşipnikin rıçaqı), 36 ədəd starter, 300 ədəd baqajın amortizatoru, 60 ədəd göstərici (datçik), 24 ədəd hava sayğacı (Almaniya mənşəli), 435 ədəd mühərrik sepi, 48 ədəd paylama sensoru, 40 ədəd eksantrik mili, 16 ədəd ştanqın şarniri, 12 ədəd alışdırma datçiki, 40 ədəd kondisioner filteri (Almaniya mənşəli), 158 ədəd bufer, 215 ədəd remen başmağı, 621 ədəd yükləyici (vkladış), 38 ədəd qapı zamoku, 220 ədəd alışdırma kilidi, 2 ədəd debriyaj dəsti, 13 ədəd yanacaq nasosu, 203 ədəd top (şaravoy), 320 ədəd arxa stopun platası, 15 ədəd surətlər qutusunun yastığı, 440 ədəd arxa təkərin rulmanı (podşipniki), 7 ədəd arxa körpünün polosu, 54 ədəd 13 dişli spidometr sürücüsü, 3 ədəd əl əyləcinin qolu (rıçaqı), 225 ədəd səssiz blok, 267 ədəd bağlama çubuğu (rulavoyun tyaqası), 9 ədəd arxa sol stop, 9 ədəd arxa sağ stop, 62 ədəd arxa tormoz silindiri, 63 ədəd şarnir, 1481 ədəd dəst halda dönmə siqnalının təkrarlayıcısı və 810 ədəd işıq siqnalları üçün sap açarı müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-99/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-99/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver