Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-99/2025 12.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X1 iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmamış, Sumqayıt şəhəri, Betonzavod yaşayış evləri, İnşaatçılar qəsəbəsi 126 A nömrəli ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında metriala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 29 dekabr 2024-cü il tarixdə gecə saatlarında Xaçmaz rayonunun Çarxı kənd sakini Zərərçəkmiş şəxs2 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng edərək özünü həkim kimi təqdim edib həbsxanada olan qardaşı Elçinin vəziyyətinin ağır olduğunu və qan köçürülməsi üçün təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə istifadəsində olan 4169 7388 0012 1117 nömrəli kart hesabı vasitəsilə iki dəfəyə 400 manat pulunu ələ keçirib dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Bundan başqa Şəxs 03 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonunun Yergüc kəndində yaşayan X1 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng vuraraq həbsxanada olan oğlu Osmanın səhhətinin pis olduğunu, əməliyyat olunması ilə bağlı təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə istifadəsində olan 4169 7388 0012 1117 nömrəli kart hesabı vasitəsilə bir neçə dəfəyə 490 manat pulunu ələ keçirib dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Bundan başqa Şəxs 08 yanvar 2025-ci il tarixdə saat 23-24 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edərək həbsxanada olan oğlu Müşviqin səhhətinin pis olduğunu və əməliyyat olunması üçün təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə istifadəsində olan 4169 7388 0012 1117 nömrəli kart hesabı vasitəsilə iki dəfəyə 355 manat pulunu ələ keçirib dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X5 göstərmişdir ki, Şəxs 29 dekabr 2024-cü il tarixdə gecə saatlarında Xaçmaz rayonunun Çarxı kənd sakini Zərərçəkmiş şəxs2 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng edərək özünü həkim kimi təqdim edib həbsxanada olan qardaşı Elçinin vəziyyətinin ağır olduğunu və qan köçürülməsi üçün təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə istifadəsində olan 4169 7388 0012 1117 nömrəli kart hesabı vasitəsilə iki dəfəyə 400 manat pulunu ələ keçirib dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Bundan başqa Şəxs 03 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonunun Yergüc kəndində yaşayan X1 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng vuraraq həbsxanada olan oğlu Osmanın səhhətinin pis olduğunu, əməliyyat olunması ilə bağlı təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə istifadəsində olan 4169 7388 0012 1117 nömrəli kart hesabı vasitəsilə bir neçə dəfəyə 490 manat pulunu ələ keçirib dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Bundan başqa Şəxs 08 yanvar 2025-ci il tarixdə saat 23-24 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edərək həbsxanada olan oğlu Müşviqin səhhətinin pis olduğunu və əməliyyat olunması üçün təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə istifadəsində olan 4169 7388 0012 1117 nömrəli kart hesabı vasitəsilə iki dəfəyə 355 manat pulunu ələ keçirib dələduzluq yolu ilə özgənin əmlakını talamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf etməklə izahatında göstərmişdir ki, həqiqətən pula ehtiyacı olduğundan 29 dekabr 2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng vuraraq özünü həkim kimi təqdim edib sonuncunun həbsxanada olan qardaşı Elçinin vəziyyətinin ağır olduğunu və qan köçürülməsi üçün təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə 4169 7388 0012 1117 nömrəli kart hesabına iki dəfəyə 400 manat pulunu, 03 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonunun Yergüc kəndində yaşayan X1 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng vuraraq həbsxanada olan oğlu Osmanın səhhəti pis olduğundan əməliyyat olunması ilə bağlı təcili pul lazım olduğunu bildirib yalan məlumat verməklə kart vasitəsilə 490 manat pulunu və 08 yanvar 2025-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 mobil telefonuna istifadəsində olan mobil telefondan zəng vuraraq eyni yolla aldadıb yalan məlumat verməklə həbsxanada olan oğlunun səhhəti pis olduğundan əməliyyat olunması üçün təcili pul lazım olduğunu bildirib kart vasitəsilə ümumilikdə 355 manat pulunu ələ keçirmiş, əldə etdiyi pulları ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəkdir. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 08 yanvar 2025-ci il tarixdə 23-24 radələrində sonradan şəxsiyyəti ona məlum olan Şəxs onun mobil telefonuna zəng edərək həbsxanada olan oğlu Müşviqin səhhəti pis olduğundan əməliyyat olunması üçün təcili pul lazım olduğunu bildirib onu aldatmaqla 4169 7388 0012 1117 nömrəli kart hesabından istifadə edərək onun iki dəfəyə göndərdiyi 355 manat pulunu ələ keçirərək ona ziyan vurmuşdur. Dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs barəsində şikayətçidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, sonradan şəxsiyyəti ona məlum olan Sumqayıt şəhər sakini Şəxs 29 dekabr 2024-cü il tarixdfə gecə saatlarında onun mobil telefonuna zəng edərək özünü həkim kimi təqdim edib həbsxanada olan qardaşı Elçinin vəziyyətinin ağır olduğunu, əməliyyat olunacağını, bunun üçün əməliyyata və qan köçürülməsi üçün təcili pul lazım olduğunu bildirib onu aldatmaqla 4169 7388 0012 1117 nömrəli kart hesabından istifadə edərək onun iki dəfəyə göndərdiyi 400 manat pulunu ələ keçirib ona ziyan vurmuşdur. Dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs barəsində şikayətçidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 03 yanvar 2025-ci il tarixdə 22 radələrində sonradan şəxsiyyəti ona məlum olan Şəxs onun mobil telefonuna zəng edərək özünü həkim kimi təqdim edib həbsxanada olan oğlu Osmanın səhhəti pis olduğundan əməliyyat olunması ilə bağlı təcili pul lazım olduğunu bildirib onu aldatmaqla 4169 7388 0012 1117 nömrəli kart hesabından istifadə edərək onun bir neçə dəfəyə göndərdiyi 490 manat pulunu ələ keçirib ona ziyan vurmuşdur. Dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs barəsində şikayətçidir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı X6 30 dekabr 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs 29 dekabr 2024-cü tarixdə etibardan sui-istifadə edib dələduzluq yolu ilə Xaçmaz rayonunun Çarxı kənd sakini Zərərçəkmiş şəxs2 400 manat pulunu talaması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı X7 11 yanvar 2025-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs 08 yanvar 2025-ci tarixdə etibardan sui-istifadə edib dələduzluq yolu ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 355 manat pulunu talaması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı X3 12 yanvar 2025-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs 03 yanvar 2025-ci il tarixdə etibardan sui-istifadə edib dələduzluq yolu ilə Xaçmaz rayonunun Yergüc kənd sakini X1 490 manat pulunu talaması faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, zərərçəkmiş şəxslərin izahatları, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə tamamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 11 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə saat 20:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 11 yanvar 2025-ci il tarixdən saat 20:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 02 (iki) ay müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 11 yanvar 2025-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-99/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-99/2025
12.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver