Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-990/2022 06.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu sədrliyi, X2 Xaçmaz rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan şikayətlə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında qərar Əzizağa Qonaqova 2021-ci ilin aprel ayında göndərilmişdir (bu fakt Ə.Qonaqov tərəfindən şikayətdə qeyd edilmişdir). Qərarın rəsmi qaydada alındığı gündən 10 gün müddətində şikayət verilmədiyindən, qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi, X3 onun barəsində qəbul edilmiş qərar barədə bir neçə ay əvvəl məlumatlandırılsa da, həmin qərarı yalnız xx.xx.2022-ci il tarixdə mübahisələndirərək məhkəməyə şikayətlə müraciət etmişdir. X3 qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəmə müraciət etsə də, prosessual müddətin bərpa edilməsinə dair ərizəsi şikayət ərizəsi ilə eyniməzmunlu olduğundan və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair mötəbər sübutlar əlavə olunmadığından, prosessual müddətin bərpa edilməsinə dair ərizəsi məhkəmə tərəfindən əsassız hesab edilmiş və prosessual müddət bərpa edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 Xaçmaz rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-990/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-990/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver