Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-990/2023 14.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, X11 Mamat oğlunun katibliyi, Qərardan şikayət verən X5 iştirakı ilə X5 Xaçmaz RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ X3 rayon məhkəməsinə müraciət edərək, Xaçmaz RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində Xaçmaz RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən o 40 manat cərimə olunmuşdur. Lakin həqiqətdə o heç bir inzibati xətaya yol verməmişdir. Hərəkətdə olan zaman təhlükəsizlik kəmərini taxmışdır. Buna baxmayaraq, yol polisi inspektoru onu cərimələmişdir. Cəriməni yazan inspektorun onunla ədavəti olduğundan ona cərimə yazmışdır. Bundan başqa, hava artıq qaralırdı və yol patrul inspektoru onun kəmər taxıb taxmadığını bilə bilməzdi. İnzibati xətaya dair videogörüntü olmadığından, inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X4 məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və iştirak etməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən Xaçmaz RPŞ-nin Yol Patrul Xidmətinin inspektoru X2 iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən X8 şikayətinə uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etmiş, əlavə olaraq onu da bildirmişdir ki, bu cəriməni ona yazan inspektor X4 bir müddət əvvəl onu Xaçmaz rayonunun ərazisində onu saxlamışdır. Həmin vaxtı o, inspektordan ona cərimə yazılmamasını xahiş etsə də, inspektor onun xahişinə əməl etməmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə, onu cərimə etmişdir. Hazırda isə, həmin inspektor yenə də onu saxlayıb inzibati məsuliyyətə cəlb edərək, barəsində inzibati cərimə tətbiq etmişdir. X1 ona qarşı qərəzli mövqedə olmasını nəzərə alaraq, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin YPX-nin inspektoru X2 xx.xx.2023cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 19:11-də idarə etdiyi X13 minik markalı 90RK727 dövlət nömrə nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsi: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 120-ci maddəsi: Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır 122.1-ci maddəsi: Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir 122.5-ci maddəsi: Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır 124.2-ci maddəsi: İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə tərəfin izahatını, iş materiallarını və sadalanan qanun normalarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair heç bir əsas yoxdur. İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinin məzmunu onu deməyə əsas verir ki, nəqliyyat vasitəsinin hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edilməməsi bilavasitə inspetror tərəfindən aşkar edilərsə, bu zaman xüsusi foto və video görüntülərinin mövcudluğuna zərurət yoxdur. Bundan başqa, qərardan şikayət edən Fuad Rüstəmov məhkəmə iclas zalında şifahi izahatında göstərmişdir ki, hazırki cəriməni ona yazan inspektor bir müddət əvvəl onu inzibati xəta törətdiyindən, Xaçmaz rayonunun ərazisində saxlamış və inzibati məsuliyyətə cəlb etmək istəyərkən, o, inspektorla “müvafiq razlığın əldə edilməsinə çalışsa da” buna nail ola bilməmişdir. Məhkəmə şikayətçinin məhkəmə iclas zalında veridyi izahatına tənqidi yanaşaraq hesab edir ki, hazırki iş üzrə qərəzli mövqedə olan məhz X6r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq hakim qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qəbul edir. Odur ki, yuxarıda qeyd edilənləri və İXM-nin 134-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ X5 şikayəti təmin edilməsin. Xaçmaz RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apleyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-990/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-990/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver