Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-991/2024 10.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1977-ci ildə Qusar rayonu, X13 kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu, X13 kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin üzüm bağına özünə məxsus 120 baş xırda buynuzlu heyvanları buraxaraq müəssisəyə 5000 manat maddi ziyan vurmuşdur. Bununla da o, İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatverərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin haqqında Xaçmaz RPŞ-nin TB-dən onun icraatına qərar daxil olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məxsus təxminən 150 baş xırdabuynuzlu heyvanlar Xaçmaz Şərab ASC-nin üzüm bağına daxil olmaqla müəssisəyə 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin bildirmişdir ki, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün müddətin pozulmasına səbəb cərimənin kifayət qədər çox olması olmuşdur. Həmin müddətdə tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə aralarında razılıq əldə edilməsi izah olunsa da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etiraz etmiş və barəsində məhkəməyə müraciət edilərək lazımi tədbirlərin görülməsinə etirazının olmadığını bildirmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsizahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən həmin maddə ilə razılaşmır. Belə ki, polis tərəfindən əvvəlcə 1500 manat məbləğində maddi ziyanın vurulması yazılmış, lakin sonradan həmin ziyan süni şəkildə şişirdilmişdir. Həmin hadisə aprel ayında olmuşdur. Hadisədən uzun müddət keçməsinə səbəb isə polis tərəfindən ondan külli miqdarda pul istənilməsi olmuş, o pulu vermədiyinə görə protokol tərtib olunmuşdur. Aprel ayında ağaclar yaşıllaşmır, belə olan halda xırdabuynuzlu heyvanların üzüm bağına necə ziyan vurmaları başa düşülən deyil. Həmin ərazinin yaxınlığında o yaşadığı üçün üzüm bağına ona aid xırdabuynuzlu heyvanların daxil olaraq ziyan vurulmasından şübhələnirlər. Lakin o, polisə bildirmişdir ki, həmin ərazidə başqa şəxslərə aid heyvanlar otarılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs müəssisə rəhbərliyinin yanına gedərək onun adından üzür istəmiş və onun maddi imkanın olmamasını bildirərək aralarında razılıq əldə etmişdir.Hazırda zərərçəkmişin ondan şikayəti yoxudur. O da polis əməkdaşı ilə razılaşmışdır ki, ona müəyyən qədər pul verəcək, lakin sağlamlığı ilə əlaqədar olaraq əməliyyat edildiyindən həmin məbləği inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə verə bilməmişdir. Buna görədə barəsində qəsdən inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli "xxxx"dan müəyyən edilir ki, Xaçmaz Şərab ASC-nin baş direktoru X7 RPŞ-yə müraciət edərək Qusar rayon sakini İntiqam adlı şəxsin 120 baş xırda buynuzlu heyvanlarını üzüm bağına salaraq üzüm ağaclarını yedizdirməklə 5000 manat ziyan vurması barədə məlumat vermişdir. - 10 may 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Xaçmaz DAİMB sektorunun Aparıcı məsləhətçisi X6 tərəfindən verilmiş “Rəy”dən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Yeni Həyat qəsəbəsində yerləşən üzüm bağına Xaçmaz rayon BMFM-nin baş aqronomu X5, aparıcı aqronomu X3 və "xxxx" ASC -nin briqadiri X10 ilə birlikdə yerində baxış keçirilmiş, təsərrüfat sahibinin dediyinə görə xx.xx.2024-cü il tarixdə (yəni 1 ay öncə) üzüm bağına xırda buynuzlu heyvanlar tərəfindən ziyan vurulmuşdur. Həmin tarixdə bağa ətraflı baxış keçirilən zaman hadisə bir ay öncə baş verdiyindən tənəklərin xırdabuynuzlu heyvanlar tərəfindən yeyilməsi hallarını müşahidə etmək mümkün olmamışdır. Baxış zamanı həmin ərazinin şikayətçiyə məxsus cənub tərəfində yerləşən üzüm bağında müsbət mənada fərqli inkişaf olduğu nəzərə alınsa, ziyan dəymiş hesab edilən üzüm bağının vegetasiya müddətindən çox geri qaldığı və məhsuldarlığının olduqca aşağı olduğu müəyyən edilmişdir. 01,05.2024-cü il tarixdə polis şöbəsinin tədqiqatçısı tərəfindən yazılan protokolda qeyd olunanlara və çəkilmiş şəkillərə əsaslanaarq 4.0 ha İsabella sortu üzüm bağının xırda buynuzlu heyvanlar tərəfindən yedizdirildiyinin müşahidə olunduğu nəzərə alınsa, hadisə baş vermiş sahədə dəyən ziyanın təqribən 2000-2500 Azn miqdarında olduğunu qəbul etmək olar. - Şəxs xx.xx.2024-cü il tarixli izahatından müəyyən edilir ki, xırda buynuzlu heyvanları müəssisənin razılığı ilə bəzi hallarda üzüm bağında otarmışdır. Bu hal qış aylarında olub. Sonuncu dəfə isə zavod direktorunun qeyd etdiyi vaxtda onun xırda buynuzlu heyvanları həmin üzüm bağına daxil olmayıb. - xx.xx.2024-cü il tarixli "xxxx" protokoldan müəyyən edilir ki, Xaçmaz-Şərab ASC-yə məxsus üzüm bağına baxış keçirilmiş və bağ sahəsində ağacların xırda buynuzlu heyvanlar tərəfindən yeyilməsi müşahidə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasənyalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilənvə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibatixəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cümaddəsinə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilməmiş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-991/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-991/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver