Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-996/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs Xaçmaz KTŞ-nə gətirilmiş və narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, 23 iyun 2025-ci il tarixdə Xaçmaz rayonu, Müşkür qəsəbəsində yaşayan vətəndaş, Şəxs onu döyməsi barədə Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. 24 iyun 2025-ci il tarixdə, səhər saatlarında Şəxs ünvan 1 ünvanında saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs hadisəni törədərkən narkotik vasitənin təsiri altında olduğunu səmimi etiraf etmişdir. Ona görə də vətəndaş 24 iyun 2025-ci il tarixdə məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş, ekspertizanın nəticəsinə əsasən Şəxs narkotik vasitədə istifadə etməsi aşkar edilmişdir. 25 iyun 2025-ci il tarixdə onun tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə gətirilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, qeyd olunan maddə ilə özünü təqsirli bilir. Belə ki, 13 yaşından narkotik vasitədən istifadə edir. Sonuncu dəfə isə iki gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Əvvəl məhkumluğum olmuş, 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 il ay 6 ay cəza çəkdikdən sonra azad edilmişdir. Narkotikdən asılılığı yoxdur. Həmçinin narkotik vasitədən hər gün deyil, əsəbi olanda istifadə etmişdir. Ayağı zədələnmişdir, işləməsinə mane olduğu üçün işləyə bilmir. Buna görə də, cəriməni ödəmək imkanı yoxdur. Həm də barəsində inzibati həbs növündə tənbeh təyin olunarsa narkotik vasitədən istifadə halı azalar. Göstərilənləri nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı X7 icraatında olan HK-1/1558 nömrəli materialın araşdırılması zamanı Şəxs barəsində cinayət işinin başlanmasının hissəvi rədd edilməsi barədə qərar qəbul olunmuş, lakin Şəxs Kamil oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi məqsədə müvafiq hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və inzibati qaydada tədbirin görülməsi haqqında” qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin Şəxs əməlində narkotik vasitələrin istehlakı faktı olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material RPŞ-nin İTB-yə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli, 3762 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Abulator X1 rəyindən müəyyən edilir ki, müayinə zamanı Şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin KTŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən 24 iyun 2025-ci il tarixdə, saat 10:00 radələrində inzibati qaydada tutulmuşdur. -.xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş Bəşirov X9 RPŞ-nin KTŞ-yə gətirilmiş və onun narkotik vasitə qəbul etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alaraq, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh təyin olunmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 24 iyun 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-996/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-996/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver