Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-998/2024 26.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 17 aprel 1993-cü ildə Xaçmaz rayonunun Nağıoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Nağıoba kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2822/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2130 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-2822/2023 saylı icra sənədinə əsasən Şəxs üç uşağın yetkinlik yaşına çatana kimi hər bir uşaq üçün 135 manat olmaqla ümumilikdə 405 manat aliment pulunu tələbkar X2 verməlidir. Aliment 22 fevral 2024-cü il tarixdən hesablanmışdır. Qeyd olunan icra sənədi üzrə bu günə qədər borclu tərəfindən tələbkarın xeyrinə 300 manat ödəniş olunmuşdur. Borclu barəsində Xaçmaz rayon məhkəməsində borclunun əvvəlki icra sənədi üzrə İXM-nin 528.1-ci maddəsi ilə icraat olmuş və iş üzrə xitam qərarı qəbul olunmuşdur. Həmçinin bildirmişdir ki, əvvəlki icra vərəqəsi üzrə 897 manat aliment borcu olmuş və həmin məbləğdən ödənişlər olunmuşdur. Hazıri icra vərəqəsi üzrə isə 2430 manat aliment borcundan 300 manat ödəniş etmişdir. Yanvar ayındn etibarən 1250 manat məbləğində ödənişlər edilmiş və həmin ödəniş məbləğləri əvvəlki icra sənədi üzrə borcdan çıxılmışdır. Əlavə olaraq məhkəmə iclasında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, borclunun adında torpaq sahəsindən başqa hər hansı əmlakı və ya gəlirini müəyyən etmək mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun rəsmi iş yeri yoxdur, qazancı mövsümi xarakter daşıyır. Son 18 gündə 300, 200, 300 manat olmaqla təxminən 800 manat aliment borcu ödəmişdir. İcra məmuruna 10-15 gün vaxt veriləcəyi təqdirdə ***-**** manat aliment borcu ödəniş edəcəyini bildirmişdir. 8 aydır ki, ödəniş etdiyi halda uşaqlarını görməkdə şərait yaradılmır. 30 dekabr 2023-cü il tarixdə uşaqları üçün hədiyyə alaraq onları görmək üçün tələbkarın ünvanına getmiş, lakin tələbkar tərəfindən uşaqlarını görməyə şərait yaradılmamışdır. Mövsümlə əlaqədar olaraq 15 gün müddətinə vaxt verilərsə 800 manat aliment borcu ödəniş edəcəyinə söz verir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin icraatında borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati işə baxıldıqdan sonra 288 manat aliment borcu ödənilmişdır. 30 dekabr 2023-cü il tarixdə borclu uşaqları görmək üçün onun yaşadığı ünvanına gəldikdə sərxoş vəziyyətdə olmuşdur. Ona görə də uşaqları görməsinə imkan verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 26 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2831/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2013-cü il təvəllüdlü Əlifxanov (Əlifxanlı) Amin Pərviz oğlunun, xx.xx.2015-ci il təvəllüdlü Əlifxanova (Əlifxanlı) Zöhrə Pərviz qızının yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Şəxs hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa 135 manat olmaqla, ümumilikdə 405 manat sabit pul məbləğində aliment alınaraq X2 verilsin. -xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərardan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir. -Borclunun izahatlarından və ona göndərilmiş xəbərdarlıq məktubundan müəyyən olunur ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun yaranmış borcunu ödəməsi üçün lazımi tədbirlər görülmüş, lakin borclu yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir və hər ay hissə-hissə olmaqla ödəyə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, aliment borcunun məbləğini, aliment borcundan mütəmadi olaraq müəyyən ödənişlər etməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxx 1983-cü ildə Xaçmaz rayonu, Nağıoba kəndində anadan olmuş X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-998/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-998/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver