Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-998/2025 25.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Yalama XPB-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Yasin oğlunun iştirakı ilə xx.xx.1965-ci ildə Dəvəçi şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şabran şəhəri, Fizuli küçəsi 21 saylı evdə yaşayır Şəxs Yasin oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Yasin oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Yasin oğlu xx.xx.2025-ci il tarixdə saat 09-30 radələrində Yalama st. ərazisində ucadan ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Yalama XPB-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs Yasin oğlu xx.xx.2025-ci il tarixdə saat 09-30 radələrində Yalama st. ərazisində digər bir şəxslə ucadan ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09-30 radələrində Yalama st. ərazisində təlimatla əlaqədar teplovozu təmir edərkən köməkçi ilə birlikdə səs-küylü şəraitdə danışmışlar. O, etdiyi əməldən peşmandır. Cərimə olunmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Yalama st. XPB-nin PPX manqası polis nəfəri X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09-30 radələrində Yalama st. ərazisində xidmətdə olarkən ətrafdan ucadan nalayiq ifadələr işlənən səs-küy eşidib onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, işdə iştirak edən şəxsləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Yasin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Yasin oğlunun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Yasin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: xx.xx.1965-ci ildə Dəvəçi şəhərində anadan olan Şəxs Yasin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-998/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-998/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver