Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-1/2025 16.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov 23 avqust 2024-cü il tarixdə, saat 17:00 radələrində Azərbaycan X9 Agentliyinin "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Yaşma ödəmə məntəqəsində baş verən yol-nəqliyyat hadisəsinə münasibət bildirmişdir. Belə ki, 23 avqust 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 52-ci km-də yerləşən Yaşma ödəmə keçid məntəqəsindən giriş edərək Quba istiqamətində hərəkətdə olan “DAF FT 105.460, SCHMİTZ” markalı (yarımqoşqu), **-BU- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü ödəniş köşkündə ödəniş etdikdən sonra nəqliyyat vasitəsi ilə hərəkətə başlamış, diqqətsizlik səbəbindən köşkə toxunaraq yerindən tərpətmiş və nəticədə köşk yerindən deformasiya olaraq əyilmişdir. Hadisə zamanı əməkdaşları X5 Hicran qızı xidməti vəzifəsini yerinə yetirmiş, həmin vaxt köşkdə oturulu vəziyyətdə olan Yəmən İsmayılzadə məcburi yerdəyişmələrə məruz qalmış və köşkün əyilməsi nəticəsində oturduğu stul dıvara sıxılmış, qarşısındakı stol və texniki avadanlıqların üzərinə düşmüşdür. İlk məqamda onun keçirdiyi dəhşətli qorxu hissi və psixoloji sarsıntı onları şübhəyə salmış və həyati təhlukəsini ola biləcəyini düşünərək sonuncuya yardım göstərilməsi məqsədi ilə ilk tibbi yardım çağırılması üçün göstəriş vermişdir. İlk yardımdan sonra yaxın ərazidəki tibb məntəqəsinə göndərilməsini təklif etmiş, lakin Yəmən buna razılaşmamış və yaxınları ilə əlaqə yaradılmasını istəmişdir. Yəmən İsmayılzadənin vəziyyəti nisbətən normallaşanda artıq iş saatı başa çatmışdı. Gecə saat 02:30 radələrində isə polis əməkdaşları gəlib avtomobilə və hadısə yerinə baxış keçirərək müvafiq sənədləşmələr aparmışlar. Beləliklə, baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində gənc əməkdaşları bədən xəsarəti alması ilə bağlı səhhətində yaranan ciddi narahatçılığın ağır nəticəyə səbəb olmaması məqsədi ilə şəxsən məşğul olmağı kifayət qədər vaxtını aldığına görə hadisə baş verən günü X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə şəxsən məlumat verməyinə imkanı olmadığından hadisə baş verəndən sonra 24 saat ərzində polis orqanı vasitəsi ilə lazımı məlumatın verilməsi bilavasitə iştirakı ilə təmin edilmişdir. Belə ki, 24 avqust 2024-cü il tarixində səhər saatlarında Yəmən İsmayılzadənin səhhəti ilə maraqlanmış, onun davam edən narahatçılığını görüb xəstəxanaya aparılmasını və lazım olan tibbi müayinələrdən keçirilməsini təmin etmişdir. Eyni zamanda, TTYX-nin Nağıyev soyadlı həkimi tərəfindən aidiyyətli orqanlara, həmçinin Sumqayıt ŞPİnin 2-ci PB-nə xx.xx.2024-cü il tarixli, 1002 qeydiyyat nömrəsi ilə məlumat verilmişdir. Ona görə də hesab edir ki, tərəfindən X8 Xidmətinə verilməli olan müvafiq məlumatın gecikdirilməsi məsələsi inzibati orqan tərəfindən müzakirə edilərkən “Qanunun aliliyi” prinsipi əsas götürülərək, insan həyatı üçün daha vacib həyati təhlükəni dəf etmək məqsədi ilə insani hərəkətləri yerinə yetirməyi ilə əlaqədar iş saatlarında və daha sonra məcburi vaxt itkisinin yaranması nəzərə alınmalı, barəsində inzibatı tənbeh tətbiq olunmamalı idi. Başqa sözlə, hadisə baş verəndən sonra Yəmən İsmayılzadənin sağlığı daha vacib faktor olması zərurətindən vaxt itkisinə səbəb olmuşdur. Bundan əlavə xx.xx.2025-ci il tarixdə, şikayətçi X6 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə şikayətə əlavə göndərərək bildirmişdir ki, icraatınızda X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən barəsində verilmiş İXM-nin 555.1-ci maddəsi üzrə inzibati tənbeh vermə haqqında MN 1809510 saylı qərardan verilmiş şikayətə baxılmasına dair məhkəmə işi vardır. Həmin iş üzrə şikayətə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Belə ki, hadisə baş verən saatda tərəfindən X15 Xidmətinin çağırılması barədə göstəriş verilmiş, X15 xidməti əraziyə gəlmiş, işçiyə baxış keçirmişdir. Şikayətə əlavə olunan Respublika Təcili Təxirəsalınmaz X13 PHŞ-in Sumqayıt TTTY Bölməsi sahə həkiminin xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, müəssisənin işçisi İsmayılzadə Yəmən Hicran qızına tibbi yardım göstərilmiş və X15 tərəfindən ona qoyulmuş diaqnoz “Fobik həyəcanlı pozğunluq” olmuşdur. İstinad olunan xəbərdarlıq vərəqəsindən göründüyü kimi işçinin bədən üzvlərində və toxumalarında hər hansı zədələnmə aşkar olunmamışdır. Belə olan halda işəgötürən üçün müvafiq qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana (DƏMX) hər hansı məlumatın verilməsi öhdəliyi də yaranmamışdır. Başqa sözlə müvafiq sahədə mütəxəssis - həkim tərəfindən işçinin sağlamlığında hər hansı bədən üzvü və ya toxumaların zədələnməsi halı, yəni bədbəxt hadisə müəyyən olunmadığından, həmçinin həmin gün işçinin səhhəti ilə bağlı hər hansı şikayəti mövcud olmadığından bununla bağlı işəgötürənin İXM-nin 555.1-ci maddəsi əsasında inzibati xəta məsuliyyətinə də cəlb edilməsi əsassız olmuşdur. Lakin bununla belə bədbəxt hadisə və ya xəsarət kimi xarakterizə edilməsə də tərəfindən baş vermiş hadisə ilə bağlı aidiyyəti orqan və təşkilatlara məlumat verilməsi barədə şifahi göstəriş verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin 13 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti tam əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 217-ci maddəsində və Nazirlər Kabinetinin təsdiq etdiyi İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması haqqında qaydalarda müəyyən olunub ki, istehsalatda baş vermiş bədbəxt hadisələrlə əlaqədar dərhal X4 məlumat verilməlidir. Şikayətdən də onlara məlumat vermədikləri qeyd olunmuşdur. Dolayı yolla olsa da, bu inzibati xətanı qəbul edirlər. Onlara hadisə barədə xəstəxananın təcili yardım bölməsinin həkimi tərəfindən məlumat verilmişdir. Həmin əsasla da komissiya təşkil olunmuş, tədqiqat başlanılmış və davam etmişdir. Hadisə barədə həmin şirkətin rəhbəri Mirqiyas Kazımov tərəfindən məlumat verilməmiş və nəticədə İXM-nin 555.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyir. Hadisə 23 avqust 2024-cü il tarixdə, təxminən saat 17:30-da baş vermişdir. X5 Hicran qızının xəsarəti olmasa da, həkim müayinə etsin deyə X15a zəng etmişlər. Çünki daxili olaraq xəsarət alıb-almadığını dəqiq bilmirdilər. Bundan sonra isə həmin günün iş saatının sonuna yaxın, təxminən 6-ya qalmış hadisə ilə bağlı Əmək Müfəttişliyinin 142 nömrəli qaynar xəttinə zəng etmişdir. Həmin vaxt ora gələn zənglərin çoxluğu ilə əlaqədar olaraq qaynar xətlə əlaqə saxlamağı gecikmişdir. İş müddətinin bitməsinə az vaxt qalmış müraciətini edə bilmiş, amma iş vaxtı bitirdi deyə müraciətini sona qədər deyib çatdıra bilməmişdir. Həmin vaxt artıq X15 ilk rəy verərək, həmin şəxsdə hər hansı bir ciddi yaralanma olmadığını bildirmişdir. Bu səbəbdən, qaynar xəttə də həmin şəxsdə heç bir xəsarət olmadığını, həkimlərin rəyinə əsasən sadəcə stres keçirib, qorxduğunu bildirmiş, hər hansı bir xəsarət olması barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli surətdə araşdıraraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 81VN9VF000100 nömrəli əmək müqaviləsi bildirişindən və əmrin surətindən görünür ki, İsmayılzadə Yəmən Hicran qızı xx.xx.2024-cü il tarixdə Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasibat uçotu şöbəsinin kompüter operatoru vəzifəsinə qəbul edilmiş, onunla xx.xx.2024-cü il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən İsmayılzadə Yəmən Hicran qızının 23 avqust 2024-cü il tarixdə iş vaxtı xəsarət alması barədə DƏMXnə məlumat verilməmişdir. Bununla da, Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən İsmayılzadə Yəmən Hicran qızının 23 avqust 2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün bu barədə DƏMX-nə məlumat verilmədiyinə görə Mirqiyas Kazımov Azərbaycan Respublikası İXMnin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Respublika Təcili Təxirəsalınmaz X13 PHŞ-in Sumqayıt TTTY Bölməsi sahə həkiminin xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi İsmayılzadə Yəmən Hicran qızına tibbi yardım göstərilmiş və X15 tərəfindən ona “Fobik həyəcanlı pozğunluq” diaqnoz qoyulmuşdur. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi İsmayılzadə Yəmən Hicran qızı döş qəfəsinin əzilməsi diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X1 (tel:055-724-89- 72tel:***-***-**-**) X16 142-yə müraciətinə dair sistemdə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zaman. Həmin Qərarın 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X8 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi İsmayılzadə Yəmən Hicran qızının 23 avqust 2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 şikayət ərizəsində və ona əlavədə hadisə baş verən günü X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə şəxsən məlumat verməyinə imkanı olmadığından hadisə baş verəndən sonra 24 saat ərzində polis orqanı vasitəsi ilə lazımı məlumatın verilməsi bilavasitə iştirakı ilə təmin edilməsi, eləcə də Respublika Təcili Təxirəsalınmaz X13 PHŞ-in Sumqayıt TTTY Bölməsi sahə həkiminin xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən göründüyü kimi işçinin bədən üzvlərində və toxumalarında hər hansı zədələnmə aşkar olunmaması, belə olan halda işəgötürən üçün müvafiq qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana (DƏMX) hər hansı məlumatın verilməsi öhdəliyi də yaranmamasını qeyd etsə də, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi vəzifəsində işləyən X3 məhkəmə iclasında verdiyi izahatında həmin günün iş saatının sonuna yaxın, təxminən 6ya qalmış hadisə ilə bağlı Əmək Müfəttişliyinin 142 nömrəli qaynar xəttinə zəng etməsini bildirmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X1 (tel:055-724-89-72tel:***-***- **-**) X16 142-yə müraciətinə dair sistemdə məlumat aşkar edilməmişdir. Beləliklə də, şikayət ərizəsində şikayətçinin istinad etdiyi hallar inzibati xəta hadisəsinin törədilməməsi kimi qiymətləndirilə bilməz, belə ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisə barədə həmin hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq, dərhal həmin hadisə baş verən günü hər hansı bir məlumat X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana hadisə barədə məlumat verməyə borcludur. Göründüyü kimi, maddənin dispozisiyasında da hadisə baş verən günün iş günü olmadıqda hadisə barədə məlumatın növbəti iş günündə verilməsi barədə heç bir qeyd yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.7-ci bəndində göstərildiyi kimi işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, Azərbaycan X9 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən işçisi İsmayılzadə Yəmən Hicran qızına münasibətdə xx.xx.2024cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsnin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməli, həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsnin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-1/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-1/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver