Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-100/2025 28.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Zərərçəkmiş şəxs4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Xızı rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 iyun 2025-ci il tarixdə, saat 07:20 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində idarə etdiyi "Kamaz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Müşviq Qafarov küçəsindən Əliabbas Qədirov küçəsinə dönərkən X1 idarə etdiyi “Hyundai County” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtobus ilə toqquşmuş, nəticədə sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 yüngül bədən xəsarətləri almışlar. Bu barədə Azərbaycan Respublikası DİN-nin Xızı Rayon Polis X7 Polis Bölməsinin baş leytenantı X3 tərəfindən 06 oktyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hadisə üzrə özünü təqsirli bilir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, sürücülük etməklə ailədə yeganə qazanc gətirən şəxs olmasının, habelə zərərçəkmiş şəxslərlə barışdığını, ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını və ona ən yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarət almışdır. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və digər zərərçəkmiş şəxslərə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 29 avqust 2025-ci il tarixli, 8/1722 nömrəli rəyinin surətindən görünür ki, "Kamaz 65115-023-13” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı yük maşının sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Hyundai County” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X1 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan 20 sentyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar Xızı RPŞ-nin DYPB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X8 məhkəmə-tibb ekspertizasının 20 sentyabr 2025-ci il tarixli, 01 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs11 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 02 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs4 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 03 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 04 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs10 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 05 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs3 sağlamlığa yüngül zərər vurma, 06 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs5 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 07 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərər vurma, 08 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs6 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 09 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs7 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 10 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs8 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 11 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs12 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, 12 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs13 oğlu sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və 13 TS saylı rəyinə əsasən Zərərçəkmiş şəxs9 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Şəxs ilə barışmışdırlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığı, həmçinin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, xüsusilə də sürücülük etməklə ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(068)-100/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-100/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver