Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-113/2025 16.12.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Şurabad STQ olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95706/2025 nömrəli məktub göndərilərək, müraciətə dair sənədlərin 7 iş günü müddətində X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsi tələb edilmiş, lakin sənədlər təqdim edilməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 24 noyabr 2025-ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Xidmətin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi cəmiyyəti İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən xx.xx.2019-cu ildə eyni məzmunlu məktub göndərilmiş və tərəflərindən xx.xx.2019-cu ildə həmin məktuba cavab verilmişdir. Bundan sonra, xx.xx.2022-ci ildə göndərilmiş məktuba xx.xx.2022-ci ildə, xx.xx.2022-ci il tarixli məktuba xx.xx.2022-ci ildə, xx.xx.2024-cü il tarixli məktuba xx.xx.2024-cü ildə cavablar verilmiş, axırıncı dəfə xx.xx.2025-ci ildə iki - 95700 və 95706 nömrəli məktublara isə xx.xx.2025-ci ildə 063-25 məktubla cavab verilmiş və həmin sənədlər də iş materiallarına əlavə edilmişdir. Bununla yanaşı hesab edir ki, Əmək müfəttişliyinin həmin məsələni araşdırmaq səlahiyyəti yoxdur. Çünki İXM-nin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə 38-ci maddədə nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar barədə işlər üzrə icraata başlanıla bilməz və başlanılmış işə xitam verilməlidir. Qanunvericiliyin tələbinə əsasən Əmək müfəttişliyi hər hansı araşdırma apara bilməz və bununla bağlı müəssisədən hər hansı bir sənəd tələb edə bilməz. Bütün bunları X3 Xidmətinə yazdıqları cavab məktubunda qeyd etmişlər. Lakin çox təəssüf ki, Əmək müfəttişliyi qərəzli olaraq dəfələrlə hüquqlarını təmsil etdiyi cəmiyyəti barəsində inzibati xəta haqqında protokollar tərtib edir. Odur ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinin xx.xx.2025-ci il tarixli müraciət vərəqəsinin məzmunundan görünür ki, vətəndaş X2 işlədiyi müəssisədən əmək haqqının, son haqq-hesabın ödənilmədiyini və xəsarət almasını bildirmiş, bununla bağlı müvafiq köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95706/2025 nömrəli məktubun məzmunundan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən qeyd olunmuş müvafiq sənədlərin (əmək müqaviləsinin surəti, iş vaxtının uçotu tabelindən çıxarış (2025-ci ilin sentyabr ayı üzrə), əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən giriş ilkin təlimatlar haqqında sənədlərdən çıxarışlar, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarışın (ödəniş qəbzi ilə) 7 iş günü ərzində Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsi tələb olunmuşdur. - göndərişlərin izlənməsi sistemindən çıxarılmış surətdən görünür ki, məktub xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, G/063-25 nömrəli cavab məktubundan görünür ki, X2 ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli, 035/19-K nömrəli əmr ilə xx.xx.2019-сu il tarixində xitam verilmişdir. X1 Cəmiyyətlərində işlədiyi vaxtı iş yerində xəsarət alması ilə bağlı qeyd etmişlər ki, bu hal həqiqəti əks etdirmir. X2 “Yaşma Quşçuluq "MMC-də işlədiyi dövr ərzində heç bir istehsalat xəsarəti almamışdır. Nəzərə çatdırılmasını zəruri hesab edirlər ki, Şəxs MMC-də istehsalatda baş verən hadisələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na müvafiq olaraq dərhal “İstehsalatda baş verən bədbəxt hadisələrin qeydiyyatı və uçotu kitabı”nda qeydə alınır və yuxarıda sözügedən qaydaların tələblərinə müvafiq olaraq zəruri tədbirlər həyata keçirilir. Şəxs MMC-nin direktorunun 035/19-K nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə X1 xx.xx.2016-сı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən son haqq hesabı təmin edilərək xitam verilmişdir. Bununla yanaşı, onlar daha əvvəllər Azərbaycan Respublikası Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 7 saylı region üzrə X3 tərəfindən ünvanlanmış xx.xx.2019-с̧i il tarixli, **********8 nömrəli məktuba xx.xx.2019-cu il tarixli, G/036-19/d nömrəli məktubla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktuba, 14 06.2022-ci il tarixli, G/019-22/d nömrəli məktubla, xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktuba xx.xx.2023-cü il tarixli, G/002-23/d nömrəli məktubla, 12 dekabr 2024-cü il tarixli 3-17-5/291745/2024 nömrəli məktuba, xx.xx.2024-cü il tarixli məktubla tərəflərindən cavab verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-nin direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-104528 /2025 nömrəli bildirişdən görünür ki, MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:00-da X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-dən vətəndaş X1 müraciəti əsasında müvafiq sənədlərin 7 iş günü ərzində təqdim olunması və münasibət bildirilməsi tələb olunsa da, həmin MMC sənədlərin tam, düzgün və vaxtında təqdim etməməklə bu tələbi yerinə yetirməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, bu isə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Mövcud halda hazır ki inzibati xəta haqqında işin obyektiv tərəfi – qanuni sorğular üzrə tələb olunan sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsidir; inzibati xəta haqqında işin subyektiv tərəfi – verilmiş sorğuların qanunvericinin tələbi olduğunu bilindiyi halda onların icrasının vaxtında və düzgün təmin edilməməsidir; inzibati xəta haqqında işin obyekti – əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsidir; inzibati xəta haqqında işin subyekt – Şəxsdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95706/2025 nömrəli məktub göndərilərək, müraciətə dair sənədlərin 7 iş günü müddətində X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsini tələb etsə də, Şəxs tələb olunan sənədləri göndərmək əvəzinə, məktubla cavab vermişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməli və həmin cərimə 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, Şəxsnə törətdiyi hüquqpozmanı aradan qaldırılması üçün 25 (iyirmi beş) gün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (25 gün) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxsnə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxsnə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilsin. Şəxs törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 25 (iyirmi beş) gün müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (25 gün) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxsnə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-113/2025
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-113/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver