Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-12/2023 14.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Abşeron rayonu, Giləzi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası DİN-nin Xızı rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329,1, 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 13 mart 2023-cü il tarixdə, saat 08:55 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində “Vaz-21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, eləcə də nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan idarə etməklə, hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini əks yolda qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması kimi qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Bu barədə Xızı rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 tərəfindən 13 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokollu tərtib edən şəxs - Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, ailəsi ilə birlikdə Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ verən sənədi yoxdur. 13 mart 2023-cü il tarixdə, səhər saatlarında iş yoldaşı Rais adlı şəxsə məxsus “Vaz-21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə uşaqlarını qəsəbə ərazisində yerləşən məktəbə aparmış və geri qayıdarkən Xızı rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları ona saxla işarəsi versələr də, xəstəxanaya getməli olduğundan, eləcə də sürücülük hüququ olmadan avtomobili idarə etdiyindən qorxmuş və avtomobili saxlamayaraq sürətlə sürüb getmişdir. Bundan sonra, avtomobillə əks yola çıxaraq ziqzaqvari hərəkətlər etmiş və bir qədər məsafə getdikdən sonra avtomobilin yanacağı qurtardığından məcbur dayanmalı olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Xızı RPŞ-nin DYPB-nin operatoru X5 izahatında göstərdi ki, şəxsiyyəti sonradan müəyyənləşdirilən Şəxs 13 mart 2023-cü il tarixdə, saat 08:55 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində “Vaz-21063” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyindən ona saxla işarəsi verilmiş, lakin Şəxs avtomobili saxlamayaraq yüksək sürətlə sürmüş və əks yola çıxaraq davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmışdır. Yol boyu Şəxs avtomobili saxlaması barədə gücləndirici vasitəsi ilə işarələr verilsə də, sonuncu buna məhəl qoymamış və avtoxuliqanlıq hərəkətlərini davam etdirmişdir. İşdə olan sənədlərdən, o cümlədən Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X4 tərəfindən 13 mart 2023-cü il tarixdə tərtib edilmiş raportun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:55 radələrində Xızı rayonu Giləzi qəsəbəsində xidmət apararkən “Vaz-21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona səs gücləndirici vasitəsi ilə saxla işarəsi vermiş, sürücü bu işarəni görüb nəqliyyat vasitəsinin hərəkət sürətini artıraraq manevr qaydalarını pozaraq ziqzaqvari hərəkətlərin davam etdirərək əks istiqamətdə hərəkət edərək ictimaiyyətin diqqətini öz üzərinə çəkərək avtoxuliqanlıq hərəkətləri etmişdir. O, kənardan avtomaşını müşayiət etmiş, bir neçə dəqiqə sonra avtomaşının yanacağı bitdiyinə görə həmin avtomaşın dayanmışdır. O, həmin avtomaşına yaxınlaşaraq sürücüdən sənədləri təqdim etməsini xahiş etmiş, sürücü isə ona sürücülük vəsiqəsinin və avtomaşına aid heç bir sənədinin olmamasını bildirmişdir. O, həmin sürücünü və idarə etdiyi maşını RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi və gəlir məlumatlarından, eləcə də doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Fatimə, xx.xx.2017-ci il təvəllüdlü Röyal və xx.xx.2019-cu il təvəllüdlü Qeybulla adında üç övladı vardır və "xxxx" MMC-də dəzgah operatoru işləməklə, 350 manat əmək haqqı alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 329,1, 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 329,1, 332.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi, İXM-in 329,1, 332.1, 332.2-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının yəni, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329,1, 332.1, 332.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığı və himayəsində azyaşlı övladlarının olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində İXMnin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, inzibati tənbeh olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329,1, 332.1, 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Xızı RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-12/2023
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-12/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver