Məhkəmə qərarları › İş №3(068)-16/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-16/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-16/2021 26.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X2, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Quliyeva (Lətifova) Samirə Füzuli qızının, Protokol tərtib etmiş vəzifəli şəxs, Xızı rayon icra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Xızı rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Xızı rayon icra və probasiya şöbəsinin rəisi X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(060)-4459/2017 saylı icra vərəqəsinə əsasən cəmi 1600 manat aliment borcunu Quliyeva (Lətifova) Samirə Füzuli qızına ödəməkdən yayınır. Bu barədə Xızı rayon icra və probasiya şöbəsinin rəisi X3 tərəfindən xx xxxxxx 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Xızı rayon icra və probasiya şöbəsinin rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(060)-4459/2017 saylı saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu aliment borcunu ödəməkdən yayınmışdır. Həmçinin, Şəxs borcunun ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində axtarış elan edilmiş, habelə axtarışda olduğundan Bakı şəhəri ərazisində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, xx xxxxxx 2020-ci il tarixdə axsam saatlarında Xızı RPŞ-yə, oradan isə bu gün təxminən saat 15:00 radələrində rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs cəmi 1600 manat məbləğində aliment borcu vardır və hazırda sonuncu həmin borcu tam ödəməkdən imtina edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli icra sənədinə əsasən Quliyeva (Lətifova) Samirə Füzuli qızının xeyrınə hər ay 100 manat məbləğində aliment ödəməlidir. Halhazırda işsiz olduğundan aliment borcunu tam ödəyə bilməmişdir. Qarşı tərəfə axırıncı ödənişi xx xxx 2020-ci il tarixdə 200 manat olmaqla, bu günə qədər təxminən cəmi 3200 manat aliment ödəmişdir. Bundan əlavə, o, xx xxxxxx 2021-ci il tarixdə, saat 15:00-da Bakı 1 saylı ASAN xidmət mərkəzində şəxsiyyət vəsiqəsini dəyişmək istəyərkən Bakı şəhəri ərazisində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, habelə axtarışda olduğundan Xızı RPŞ-yə, oradan isə bu gün təxminən saat 15:00 radələrində saxlanılaraq rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, o cümlədən buraxılmamışdır. Münasib iş tapacağı təqdirdə yaranmış 1600 manat borcunu hissə-hissə ödəyə bilər. Törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quliyeva (Lətifova) Samirə Füzuli qızı izahatında göstərdi ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2017ci il tarixdən başlayaraq hər ay 100 manat məbləğində aliment alınaraq ona ödənilməlidir. Lakin, borclu alimenti tam ödəməkdən qərəzli olaraq yayınır. Belə ki, Şəxs bu günədək ona cəmi 3200 manat vəsait ödəmişdir. Hazırda Şəxs ona 1600 manat məbləğində borcu var. Belə ki, borclu sonuncu dəfə xx xxx 2020-ci il tarixdə ona 200 manat aliment ödəmişdir. Ona görə də, Şəxs şikayətçi olmaqla, barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(060)-4459/2017 saylı icra sənədi icra olunması üçün Xızı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan Quliyeva (Lətifova) Samirə Füzuli qızı tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən, onun xx xxxxxxxx 2020-ci il tarixdən axtarışda olmaqla, icra sənədini icra etməkdən üzürsüz səbəbdən yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 həddində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15.00 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 15:00-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar