Məhkəmə qərarları › İş №3(068)-19/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-19/2020

27.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-19/2020 27.06.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 07:00 radələrində Bakı-Qubayolunun 52-ci kmdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimini pozmuşdur. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 47-də yaşamaşla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. X1 şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün xx xxxx 2020-ci il tarixdə səhər saatlarında şəkər ölçən aparat və şəkər dərmanı almaq məqsədilə istifadəsində olan «Opel Astra» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmin gün təxminən səhər saat 07:00 radələrində Xızı rayonu ərazisində yerləşən Bakı-Quba yolunun 52-ci kilometrliyində karantin postundan keçərkən tanımadığı YPX əməkdaşına nikah haqqında şəhadətnaməni və şəxsiyyət vəsiqəsini təqdim edərək, Bakı şəhərinə arvadı üçün şəkər ölçən aparat və şəkər dərmanı almağa getdiyini bildirmiş və YPX əməkdaşı onun postdan keçməsinə etiraz etməmişdir. Bundan sonra, həmin postdan keçib Bakı şəhərində yaşayan qaynanasıgildən şəkər ölçən aparatı və dərmanları alaraq geri qayıtmışdır. Geri qayıdan zaman Bakı şəhərindən Şamaxinka adlanan yerdən Siyəzən və Xaçmaz rayonlarına getmək istəyən 3 nəfər qadını da, hər biri 10 manatdan olmaqla, Siyəzən rayonuna gətirməyə razılaşmışlar. Daha sonra, yaşadığı Siyəzən şəhərinə qayıdarkən yol hərəkəti qaydalarını pozduğuna görə Zarat postunda xidmət aparan polis əməkdaşları onu saxlamış, bu zaman ona xüsusi karantin rejimini pozmaqla Bakı şəhərinə getdiyi bildirilib, barəsində inzibati tənbeh tədbiri görülməsi məqsədilə Xızı RPŞ-yə gətirilmişdir. Hazırda törətdiyi əmələ görə səmimi peşmançılıq hissi çəkməsinin, arvadının şəkərli diabet xəstəliyindən, özünün isə həm ürək çatışmamazlığı, həm də şəkərli diabet xəstəliyindən əziyyət çəkməsinin, həmçinin himayəsində özünün üç, mərhum qardaşının isə iki övladının olmasının, eləcə də, xx xxxx 2020-ci il tarixdə atasının ölməsi ilə əlaqədar birinci il mərasimi olmaqla, bunu təşkil edə biləcək yeganə övlad olmasının nəzərə alınaraq, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şəxs himayəsində xx xxxx 2003-cü il təvəllüdlü Sacidə və xx xxxx 2005-ci il təvəllüdlü Nəsibulla adında 2 yetkinlik yaşına çatmayan övladları vardır. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatdan görünür ki, Şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 01 avqust saat 00:00-dək uzadılmışdır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, ictimai faydalı əməklə məşğul olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:25-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar