Məhkəmə qərarları › İş №3(068)-25/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-25/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-25/2020 04.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xızı şəhəri, Tıxlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayonu, Tıxlı kəndi ərazisində xidmət edən YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə, onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 20:00 radələrində QAZ-3101 markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobillə Xızı şəhərindən yaşadığı Tıxlı kəndi istiqamətində hərəkətdə olmuş və həmin vaxt avtomobili yetkinlik yaşına çatmayan oğlu Osman idarə etmişdir. Xızı rayon Tıxlı kəndi ərazisində oğlu Osmanın idarə etdiyi avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Xızı RPŞ-nin YPX-nin inspektorları saxlamış və oğlunun sürücülük vəsiqəsi olmadığını müəyyən etmişlər. Bundan sonra, YPX əməkdaşları ona törədilmiş inzibati xəta haqqında hüquqi izahat verib, avtomobilin Xızı RPŞ-nin duracağına aparılmasının təmin olunmasını bildirmişlər. O, həmin vaxt sosialməişət problemlərinə və ailə vəziyyətinə görə əsəbi olmuş və orada polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlədərək onların xidməti fəaliyyətlərinə mane olmuş, qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Belə ki, YPX əməkdaşlarının dayan işarəsinə məhəl qoymayaraq, avtomobili özü idarə edərək oradan uzaqlaşmışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bunun, habelə ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Xızı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru X1 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “Hyundai ix35” markalı, **-YP-*** dövlət nömrə nişanlı patrul maşınında Xızı RPŞ-nin DYPB-nin YPX-nin inspektorları Əliəşrəf Manafov və Xəyal Ağayevlə birgə müəyyən olunmuş dislokasiya üzrə xidmətdə olmuşlar. Saat 20:00 radələrində Xızı rayonu, Tıxlı kəndi ərazisində QAZ- 3110 markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini müşahidə edib, dərhal qeyd olunan avtomobili saxlatmış və sənədlərini yoxlamışdır. Yoxlanış zamanı avtomobili idarə edən Osman adlı şəxsin yetkinlik yaşına çatmadığı və sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdur. Bununla belə, orada olan sürücünün atası Şəxs sənədləri təqdim etməkdən imtina etmiş, nalayiq söyüşlər və kobud ifadələr işlədərək xidməti fəaliyyətlərinə mane olmuş və qanuni tələblərinə tabe olmaqdan qəsdən imtina etmişdir. Belə ki, Şəxs tərəflərindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz hərəkətlərinə davam etdirmiş, avtomobilə əyləşib həmin yerdən uzaqlaşmış və həmin gün onun Xızı RPŞ-yə gətirilməsi mümkün olmamışdır. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Xızı rayonu, Tıxlı kəndi ərazisində xidmət edən YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə, onun qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Xızı RPŞ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 60 (altmış) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatdan görünür ki, Şəxs himayəsində xx xxxxxxx 2004-cü il təvəllüdlü Osman və xx xxxx 2006-cı il təvəllüdlü Xanım adında 2 yetkinlik yaşına çatmayan övladları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi, o cümlədən himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə tabe olmamasını, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:30 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 10:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar