Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-26/2025 04.02.2025 XIZI RAYON MƏHKƏMƏSİ X2, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24370780 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətini ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyən etdi: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24370780 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edir ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, inzibati işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılması üçün lazım olan şəxslər çağırılır. Məhkəmə ilk növbədə qeyd edir ki, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24370780 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etsə də, həmin şikayəti imzalamamışdır. Eyni zamanda, X7 şikayətində qərarı vaxtında əldə etmədiyini və qərardan hər hansı formada məlumatı olmadığını göstərsə də, bunun əksinə olaraq şikayətdə mobil telefon nömrəsinə inzibati xəta törətməsi barədə SMS məlumat gəldiyini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat X1 ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, şikayətçinin 27 oktyabr 2024-cü il tarixində idarə etdiyi “MAN” markalı 77MV298 dövlət qeydiyyat nişanlı iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinə əsasən barənizdə tətbiq olunan cərimənin ləğv edilməsilə bağlı 29 oktyabr 2024-cü il tarixli müraciətinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. Aparılan araşdırma zamanı, M -1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci km-də (Bakı istiqaməti) elektron tərəzinin məlumatlarına əsasən qeyd edilən avtonəqliyyat vasitəsi beşoxlu olduğuna baxmayaraq, bir oxu qaldırılaraq dörd oxla idarə edildiyi müəyyən olunmuşdur. Bu halda elektron tərəzidən ötürülən dördoxlu avtonəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol vermiş nəqliyyat vasitəsi haqqında məlumatlar nəticəsində Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Qeyd edilənləri nəzərə alaraq, yükdaşıma fəaliyyətini həyata keçirərkən mövcud normativ-hüquqi aktların tələblərinin rəhbər tutulması tövsiyə olunmuşdur. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə xx.xx.2025-ci il tarixdə poçt şöbəsinə verilmişdir. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24370780 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə üzrlü səbəblər olduqda inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə (sübutlar təqdim edilməklə) məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin məhkəmə şikayət vermiş şəxsin nəzərinə çatdırır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması mümkündür. Odur ki, müvafiq qərardan şikayətə vəsatət əlavə olunmaqla yaşayış yeri üzrə məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24370780 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24370780 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə (üzrlü səbəblər olduqda sübutlar təqdim edilməklə) məhkəməyə müraciət etmək hüququ şikayətçiyə izah edilsin. X10
Məhkəmə qərarları › İş №3(068)-26/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-26/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver