Məhkəmə qərarları › İş №3(068)-27/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-27/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-27/2021 15.07.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim : Şəxs 11 iyul 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən sonuncuya məxsus bir ədədinin dəyəri 5 manat olan 5 ədəd yonca bağlamasını oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 25 manat məbləğində ziyan vurmuşdur. Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən 15 iyul 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Xızı rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs 11 iyul 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən sonuncuya məxsus dəyəri 5 manat olan 5 ədəd yonca bağlamasını oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 25 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, 13 iyul 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində yaşamaqla, hal-hazırda heç bir işlə məşğul olmur. O, 11 iyul 2021-ci il tarixdə, saat təxminən 21:00 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinə girmiş, həmin sahəyə girərkən niyyəti əmisi oğluna məxsus olan yonca bağlamalarını oğurlamaq olmuşdur. Qeyd olunan yerdən 5 ədəd yonca bağlamasını əl arabasına yükləyərək həyətdən çıxmış və yaxınlıqda yaşayan həmkəndlisi X3 həmin ot bağlamaların özünə məxsus olub, pula ehtiyacı olmasını bildirərək, sonuncuya bir ədədi 3 manat olmaqla, ümumilikdə 15 manata satmışdır. Həmin pula isə qəsəbə ərazisində yerləşən marketlərin birindən özünə spirtli içki olan pivə, siqaret, kolbasa və çörək alaraq xərcləmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı natura şəklində, yəni eyni sayda yonca bağlamaları qaytarmaqla, tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 10 iyul 2021-ci il tarixdə yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən 1 hektar torpaq sahəsində əkdiyi 50 ədəd yonca bağlamasını yığaraq evinin həyətyanı sahənin yardımçı tikilisi hesab olunan, sahəsi təxminən 15 kv.metr olan qaraja yığmış və qapısını iplə bağlamışdır. 12 iyul 2021-ci il tarixdə, saat təxminən 11:00 radələrində həmin tikilinin qapısını yoxlayarkən açıq olmasını görmüş və içəridəki yonca bağlamalarını sayarkən 5 ədədinin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra, o, yonca qırıntılarını həmkəndlisi X1 qapısının yaxınlığında görmüş və bununla bağlı olaraq DİN-in “102” xidməti zəng mərkəzinə müraciət etmişdir. Araşdırma müddətində əməli törətmiş şəxsin əmisi oğlu Şəxs olması müəyyən olmuşdur. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, Vusal Rəhimovla barışmışlar, habelə sonuncuya qarşı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 11 iyul 2021-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən sonuncuya məxsus bir ədədinin dəyəri 5 manat olan 5 ədəd yonca bağlamasını oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 25 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs 15 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş və o, Vusal Rəhimov ilə barışmaqla, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərər çəkmiş şəxslə barışmış, dəymiş zərər tamamilə ödənmiş və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 227-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar