Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-28/2020 07.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə arvadı Tövfə Bağırovanın şikayəti əsasında saxlanılaraq Xızı RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə arvadı Tövfə Bağırovanın şikayəti əsasında saxlanılaraq Xızı RPŞ-yə gətirildiyini, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə aşkar edildiyini bildirdi. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 3-4 il olar, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, sonuncu dəfə saxlanılmamışdan 1 gün əvvəl narkotik vasitə heroin qəbul etmiş, həmin maddəni isə sonradan rəhmətə getmiş Hacı adlı şəxsdən almışdır. 16 iyul tarixdə 2020-ci il tarixdə evə gələrək arvadı Tövhədən yemək verməsini istəmiş, arvadı isə bundan imtina edərək, özünün yemək çəkib yeməsini əsəbi şəkildə ona bildirmişdir. Bu səbəbdən də, aralarında münaqişə baş verməmiş və arvadı atası evinə çıxıb getmişdir. Bundan sonra, arvadı ondan Xızı RPŞ-yə onun yaşadığı ünvanda münaqişə yaratması barədə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin ərizəsində onun narkotik vasitə istifadə etdiyini də göstərmişdir. Bu səbəbdən də, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə olarkən Xızı RPŞ-nin əməkdaşları gəlmiş və arvadının onun barəsində etdiyi şikayətin araşdırılması zəruriliyini, eləcə də üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, onu şəxsi axtarış aparılmasından ötrü Xızı RPŞ-yə aparmışlar. Xızı RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, onun sidiyindən analiz götürülmüş və həqiqətən də, narkotik vasitə, o cümlədən heroindən istifadə etməsi öz təsdiqini tapmışdır. Qeyd olunanların, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsinin və arvadı ilə barışmasının nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, bu qərardan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə arvadı Tövfə Bağırovanın şikayəti əsasında saxlanılaraq Xızı RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/571 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun heroindən istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, kifayət qədər yaşı olmaqla əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən kifayət qədər yaşı olmaqla əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(068)-28/2020
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-28/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver