Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-3/2022 11.05.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 105 olan Şəxs QSC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 tərəfindən tərtib edilmiş Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 275.1.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 16 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Xızı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" ASC "xxxx" MMC-nin balansında olan Yaşma YS-nin həyətində 3 ədəd, diametrləri 50, 52 və 60 sm olan şam ağacları müvafiq rəy olmadan 6-7 metr hündürlükdən kəsilmişdir. Bununla da, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 275.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Xızı Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında materialın surətinin Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılması qərara alınmışdır. Həmçinin, Xızı Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(105)-149/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, "xxxx" QSC-nin Azərbaycan Respublikası İXM-nin 253.5.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xızı Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 3(068)-3/022 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Xızı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işin baxılması 11 may 2022-ci il tarixinə təyin olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Bununla yanaşı, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Xızı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə “Podratçı” adlandırılacaq Şəxs QSC arasında bağlanmış podrat müqaviləsinə əsasən Şəxs QSC "xxxx" MMC-nin 330 kv-luq “Yaşma” Y/S-da yenidən qurma işlərini öz üzərinə götürmüş və tikinti işinə başlamışdır. "xxxx" MMC tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət olunaraq yenidənqurma işləri zamanı yeni çəkiləcək elektrik xətlərinin altına düşəcək şam ağaclarının yerinin dəyişdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Həmin məsələ ilə bağlı müraciət edən şəxsə aidiyyatı üzrə X2 Agentliyinə Müraciət edilməli olduğu bildirilmişdir. X2 Agentliyi isə öz növbəsində sözügedən tikinti işləri ilə bağlı lahiyə sənədləri tələb etmiş, müsbət rəy aldıqdan sonra yaşıllıqların götürülməsi ilə bağlı müraciət olduğunu bildirmişdir. Lakin sonradan Şəxs QSC tərəfindən həmin rəy gözlənilmədən, tikintinin yekunlaşdırılması vaxtının məhdudiyyət bəhanəsi ilə 3 ədəd şam ağacını qanunsuz kəsərək boy artımını dayandırmaycaq dərəcədə zədə vurmuşdur. Bununla bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 2536.5.1 və 275.1.1 maddələri ilə müfaviq protokol tərtib olunmuş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 3(068)-3/22 saylı qərarı ilə Şəxs QSC tərəfindən qeyd edilən inzibatı xəta törədilmədiyi əsası ilə inzibatı iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qərarı ləğv edərək yenidən araşdırlması üçün Xızı Rayon Məhkəməsinə göndərmişdir. 19 yanvar 2022-ci il tarixdə Xızı Rayon Məhkəməsi eyni nömrəli qərardadı ilə İXM-nin 275.1.1-ci maddəsi ilə təkrar araşdırılma aparılmasını 4 saylı RETSİ-nin üzərinə öhdəlik qoyulmuşdur. İş üzrə təkrar araşdırılma aparılan zaman Yaşma Y/S-nin rəisi X3 öz izahatı ilə inzibatı xəta törətməsini etiraf etmiş və onun barəsində 4 saylı RETSİ tərəfindən 29 aprel 2022-ci il tarixli MN1287973 saylı inzibatı tənbeh etmə barədə qərar qəbul olunaraq 2500 manat məbləğində cərimə olunmuşdur. Odur ki, Xızı Rayon Məhkəməsinin icraatında olan 3(068)-3/2022 saylı iş üzrə Electro İndustries" QSC barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.5.1ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında 10 iyun 2005-ci il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 26-cı maddəsinin ç) bəndinə əsasən meşə zolaqlarının cığırlarından keçən, yaxud bu ərazilərdə yerləşən elektrik şəbəkələri olan müəssisələr ağacların və kolların yetişdirilməsi üçün istifadə edilən yerlərdə hündürlüyü 4 m-dən artıq olan ağacların qırılmasını və budanmasını aparmağa borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, 13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən "xxxx" ASC "xxxx" MMC-nin balansında olan Yaşma YS-nin ərazisində yoxlama aparılmiş və nəticədə 13 dekabr 2021-ci il tarixli, 73484 nömrəli akt əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 16 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında materialın surətinin Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılması qərara alınmışdır. Bundan sonra, səlahiyyətli orqan tərəfindən iş üzrə təkrar araşdırılma aparılan zaman Yaşma Y/S-nin rəisi X3 öz izahatı ilə inzibatı xəta törətməsini etiraf etmiş və onun barəsində həmin fakt üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 29 aprel 2022ci il tarixli, MN ******* saylı inzibatı tənbeh etmə barədə qərar qəbul olunaraq 2500 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi hazırda hüquqi şəxs Şəxs QSC barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı mövcuddur. İXM-nə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqdaİnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.7). İnzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.1.4). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1). Beləliklə məhkəmə hesab edir ki, “Şəxs QSC barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğundan həmin QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(068)-3/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-3/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver