Məhkəmə qərarları › İş №3(068)-31/2020

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-31/2020

08.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-31/2020 08.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- DİN-in BMCMİ-nin əməliyyat müvəkkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Abşeron rayonu, Yaşma stansiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Yaşma stansiyasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdərəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində X4 idarə etdiyi «BMV» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə 150 manat müqabilində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postun kənarından qanunsuz olaraq torpaq yolla Quba istiqamətinə keçirərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bu barədə DİN-in BMCMİ-nin əməliyyat müvəkkili X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - DİN-in BMCMİnin əməliyyat müvəkkili X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 211.1-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, o, Xızı rayonu, Yaşma stansiyasında yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 12:00-da Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin postunun yaxınlığında olan kafedə olmuşdur. Həmin vaxt əvvəlcədən tanımadığı, sonradan adını öyrəndiyi Pərvin Əliyev idarə etdiyi «BMV» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili kafenin yanında saxlayaraq, onlara Xaçmaz rayonuna icazəsiz getməyə köməklik etməsini xahiş etmişdir. O da, Pərvin Əliyevlə razılaşaraq, bunun müqabilində sonuncudan 150 manat məbləğində pul alaraq, postun kənarından torpaq yolla onları magistral yola çıxarmış, sonra isə Pərvin Xaçmaz istiqamətinə, o, isə Bakı istiqamətinə hərəkət etmişlər. Yaşadığı Yaşma stansiyasına çatdıqda isə polis əməkdaşları tərəfindən pul müqabilində başqa şəxslərin xüsusi karantin rejimi qaydalarını pozmasına şərait yaratmasında şübhəli olduğuna görə saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən dindirilərkən etiraf edərək bildirmişdir ki, Pərvin Əliyevdən 150 manat alıb, sonuncunun idarə etdiyi «BMV» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili, eləcə də, bir nəfər tanımadığı şəxsdən 50 manat alıb, onu da postun kənarından, torpaq yolla keçirmişdir. Hal-hazırda özünü törətdiyi əmələ görə təqsirli bilir və əməlindən səmimi peşmançılıq çəkir, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində X4 idarə etdiyi «BMV» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə 150 manat müqabilində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postun kənarından qanunsuz olaraq torpaq yolla Quba istiqamətinə keçirərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən onun pul müqabilində başqa şəxslərin xüsusi karantin rejimi qaydalarını pozmasına şərait yaratmasını, həmçinin təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına gəlməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 09:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar