Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-33/2020 10.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və və müdafiəçi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə 2007-ci il təvəllüdlü oğlu İkramla birlikdə müvəqqəti olaraq yaşadığı Xızı şəhərinə gəlməyi qərara almışlar. Bu məqsədlə də, işlədiyi yerdə mühasibə portalda olan icazəsini yoxlamasını tapşırmışdır. Lakin, həmin vaxt ümumiyyətlə portala giriş mümkün olmadığından bunu etmək qeyri-mümkün olmuşdur. Bundan sonra, o oğlu İkramla birlikdə özünə məxsus «Mercedes Benz ML63 minik» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı rayonu istiqamətində yola düşmüşlər. Təxminən saat 23:00 radələrində Bakı-Quba yolunun 52-km.də Xızı rayonu ərazisində yerləşən karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postunda polis əməkdaşları onun sənədlərini yoxlamış, icazəsinin olmadığını və bu səbəbdən avtomobili geri qaytarmasını bildirmişlər. Lakin, o, ailə daxili problemlərlə əlaqədar, o cümlədən avtomobildə olan oğlu İkramın xəstə olması ilə bağlı olaraq psixoloji cəhətdən gərgin vəziyyətdə olduğundan avtomobili saxlamamış və Xızı şəhəri istiqamətinə sürmüşdür. Daha sonra, Xızı şəhərinə daxil olduqda YPX əməkdaşları onun avtomobilini görüb arxası ilə gələrək, saxla işarəsini vermişlər. Lakin, o, əli ilə onlara işarə edərək evinə çox az qaldığını və uşağı düşürüb avtomobili saxlayacağını bildirmişdir. Belə ki, həmin vaxt yanında olan yetkinlik yaşına çatmayan oğlu İkram ailədə olan söz-söhbətlər əsnasında güclü sarsıntı keçirmiş və həyacanlı olduğundan çox qorxmuşdur. Evinin qarşısına çatdıqda isə uşağı evdə düşürmüş və polis əməkdaşları ilə birlikdə Xızı rayon Polis Şöbəsinə getmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirir və bunun, habelə atası Sabirin beyninə qan sızmasının və oğlu İkramın xəstəliyinin və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportlardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Bakı-Quba magistral yolunun 52-km.də, Xızı rayonu ərazisində yerləşən 1 saylı stasionar postda ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, məcburi köçkün statusu olan Şəxs himayəsində xx xxxxxx 2005-ci il təvəllüdlü İslam, xx xxxxxx 2007-ci il təvəllüdlü İkram və xx xxxxxx 2008-ci il təvəllüdlü Yusif adında 3 yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan xx xxxxxxx 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəxs Xızı şəhərində daşınmaz əmlaka sahibdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, məcburi köçkün olması, atasının və oğlunun xəstəlikdən əziyyət çəkməsi, o cümlədən 3 yetkinlik yaşına çatmayan övladı olmaqla, həmin uşaqların tək ata kimi faktiki olaraq onun himayəsində olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məcburi köçkün olması, atasının və oğlunun xəstəlikdən əziyyət çəkməsi, o cümlədən 3 yetkinlik yaşına çatmayan övladı olmaqla, həmin uşaqların tək ata kimi faktiki olaraq onun himayəsində olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:45-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə o, 150 (bir yüz əlli) manat inzibati cərimə edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(068)-33/2020
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-33/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver