Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-33/2021 16.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Xızı rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 06 iyul 2021-ci il tarixdə, saat 16:00 radələrində Xızı rayonu ərazisində, Giləzi-Xızı yolunun 25-ci kilometrliyində idarə etdiyi "Vaz-21063” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə avtomobilin sərnişini Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Xızı rayonunun Altıağac qəsəbəsində yaşayır, onun nəqliyyat vasitəsini idarə etmək üçün B kateqoriyalı sürücülük hüququ verən sənədi vardır və "Vaz-21063” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 04 iyul 2021ci il tarixdə oğlu Zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmətdən qayıtmış və onlar ünvan 1 ünvanında qeydiyyatda olduğundan 06 iyul 2021-ci il tarixdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinə getmişlər. Həmin gün, saat 16:00 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Vaz-21063” markalı avtomobillə geri qayıdarkən Xızı rayonu ərazisində, Giləzi-Xızı yolunun 25-ci kilometrliyində yuxulu olması səbəbindən avtomobilin idarəetməsini itirərək avtomobili aşırmış, nəticədə özü ciddi xəsarət almasa da, avtomobilin qabaq oturacağında əyləşmiş oğlu Cabbar yüngül bədən xəsarəti almışdır. Hadisədən sonra oğlu Cabbara ilkin tibbi yardım göstərilməsi üçün sonuncunu Xızı rayon mərkəzi xəstəxanasına aparmış, habelə ona lazımi tibbi yardım göstərilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs atası Şəxs izahatına uyğun, eyni məzmunlu izahat verməklə, yanaşı 06 iyul 2021-ci il tarixdə, saat 16:00 radələrində Xızı rayonu ərazisində, Giləzi-Xızı yolunun 25-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yalnız özünün yüngül bədən xəsarətləri aldığını bildirib, atası Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana, Azərbaycan Respublikası DİNnin Xızı rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 məhkəmə-tibb ekspertizasının 31 iyul 2021-ci il tarixli, 09 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qapalı kəllə - beyin travması, sağ gicgah nahiyəsinin sıyrığı və sağ dirsəyin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06 iyul 2021-ci il tarixə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar Xızı RPŞ-nin DYPB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, sərxoşluq müayinəsi zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(068)-33/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-33/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver