Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-34/2020 13.08.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə qaynanası Fəridə Qasımovanın şikayəti əsasında saxlanılaraq Xızı RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30-da müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi Məmmədov Əsəd Rövşən oğlu tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə qaynanası Fəridə Qasımovanın şikayəti əsasında saxlanılaraq Xızı RPŞ-yə gətirildiyini, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30-da müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə aşkar edildiyini bildirdi. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq inzibati tənbeh tədbirinin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, təxminən 3-4 il olar, narkotik vasitə olan heroindən istifadə edir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında narkotik vasitə olan heroin qəbul etmiş, həmin maddəni isə sonradan rəhmətə getmiş Hacı adlı şəxsdən almışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə arvadı Tövhə ondan Xızı RPŞ-yə onun yaşadığı ünvanda münaqişə yaratması barədə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin ərizəsində onun narkotik vasitə istifadə etdiyini də göstərmişdir. Bu səbəbdən də, Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 manat inzibati cərimə tətbiq edilmişdir. Məhkəmədən çıxıb evinə getdikdən sonra yenidən narkotik vasitə olan heroin qəbul etmiş, lakin, heç kimlə mübahisə yaratmamışdır. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə olarkən Xızı RPŞ-nin əməkdaşları gəlmiş və qaynanasının onun barəsində etdiyi şikayətin araşdırılması zəruriliyini, eləcə də üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, onu şəxsi axtarış aparılmasından ötrü Xızı RPŞ-yə aparmışlar. Xızı RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, onun sidiyindən analiz götürülmüş və həqiqətən də, narkotik vasitə, o cümlədən heroindən istifadə etməsi öz təsdiqini tapmış və bundan sonra evə buraxılmışdır. Qeyd olunanların, eləcə də yenidən törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, bu qərardan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndində yerləşən evdə qaynanası Fəridə Qasımovanın şikayəti əsasında saxlanılaraq Xızı RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30-da müayinəsi zamanı sidiyində narkotik vasitə olan heroindən istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/578 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun heroindən istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(068)- 28/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(068)-34/2020
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-34/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver