Məhkəmə qərarları › İş №3(068)-38/2021

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-38/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-38/2021 02.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması barədə inzibati xəta haqqında qərara xitam verilməsinə dair vəsatətinə Xızı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Xızı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(068)-38/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xızı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə sürücülük hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərarın qəbul edilməsinə əsas olmuş cəriməni ödəmişdir. Odur ki, bərəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Vəsatətə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs və Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X2 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs barəsində olan İXP ******* nömrəli inzibati protokol üzrə cəmi 64 manat məbləğində cərimə və dəbbə pulunu 03 oktyabr 2021-ci il tarixdə tam ödəmişdir. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş protalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədə həmin Nazirliyin qurumları tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlar üzrə şəxslərin ödənilməmiş cərimələrinin olubolmaması yoxlanılarkən icra edilməmiş İXP ******* nömrəli inzibati protokolun mövcud olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə Şəxs ona təyin olunmuş cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Xızı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(068)-38/2021 saylı inzibati tənbeh tətbiq etmək haqqında qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq qərara aldım: Vəsatət təmin edilsin. Şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Xızı Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(068)-38/2021 saylı inzibati tənbeh tətbiq etmək haqqında qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar