Məhkəmə qərarları › İş №3(068)-38/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-38/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-38/2022 08.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, xx xxxxx 1977-ci ildə Oğuz rayonu, Qumlax kəndində doğulmuş, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə 30 dekabr 2021-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ona görə ki, o əvvəllər barəsində tərtib edilmiş İXP ******* saylı protokola əsasən cərimə edilsə də, həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Lakin, məhkəməyə daxil olmuş protokol üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş protalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədə həmin Nazirliyin qurumları tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlar üzrə şəxslərin ödənilməmiş cərimələrinin olub-olmaması yoxlanılarkən İXP ******* nömrəli inzibati protokol üzrə cərimənin artıq ödənilməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Belə ki, İXM-in 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar