Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-40/2021 18.09.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq müəyyən etdim: Məhkəməyə daxil olmuş materiallarda, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 333.1, 510 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəli vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəməyə təqdim edilmiş materialları yoxlayaraq hesab edirəm ki, eyni gündə, lakin müxtəlif vaxtlarda törədilmiş hər iki inzibati xətaya dair işlər eyni şəxs, yəni Şəxs aid olduğundan və bu işlərin baxılması Azərbaycan Respublikası İXM-nin 34.2 və 43.1-ci maddələrinə əsasən Xızı Rayon Məhkəməsinin səlahiyyətləri çərçivəsində həll edildiyindən həmin inzibati xətalara dair işlərə bir icraatda baxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, materillar məhkəmədə baxılacaq dərəcədə tam toplanmışdır. Əlavə materil toplanılmasına və sənəd tələb edilməsinə ehtiyac yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 420-ci maddəsinə əsasən, qərara aldım: Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati işlər məhkəmə baxışına hazırlanmış hesab edilsin. 3(068)-40/2021 və 3(068)-41/2021 nömrəli inzibati xəta materialları birləşdirilərək 3(068)-41/2021 nömrə altında baxılsın. İnzibati xəta materiala baxılması 18 sentyabr 2021-ci il tarixə, saat 17:30-a Xızı Rayon Məhkəməsinin binasında (ünvan: Xızı şəhəri, T.Özal küçəsi) baxılmağa təyin edilsin. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(068)-40/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-40/2021
18.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver