Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-42/2021 12.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, mənzil 37-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 26 iyun 2021-ci il tarixdə, saat 14:55 radələrində Bakı- Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kilometrliyində idarə etdiyi "Kia optima” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, valideynləri ilə birlikdə Bakı şəhərində yaşayır və onun nəqliyyat vasitəsini idarə etmək üçün B kateqoriyalı sürücülük hüququ verən sənədi vardır. 25 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" MMC-dən müqavilə əsasında "Kia optima” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş və dostu Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Xaçmaz rayonunda yerləşən Nabran qəsəbəsinə getmək üçün yola düşmüşlər. Həmin vaxt Emil qabaq sərnişin, Nurlana və Aytac isə arxa oturacaqda əyləşmişlər. Saat təxminən 14:55 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kilometrliyində avtomobil qəfildən sağa meyillənmiş və idarəetməni itirərək avtomobili aşırmış, nəticədə avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almış, digər sərnişinlər isə hər hansı bir xəsarət almamışlar. Hadisədən sonra Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım göstərilməsi üçün sonuncunu Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhərinə yola salmış, özü isə Zərərçəkmiş şəxs3la hadisə yerində dayanaraq yol patrul xidmətinin əməkdaşlarını gözləmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və Zərərçəkmiş şəxs2 iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar (orqanın nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 məhkəmə-tibb ekspertizasının 14 iyul 2021-ci il tarixli, 815 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün nisbi yerdəyişən sınığı, sağ göz qapaqlarının, sağ bazunun və sol budun qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 26 iyun 2021-ci il tarixə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPXA-na göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, sərxoşluq müayinəsi zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-42/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-42/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver