Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-43/2022 29.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X6 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1962-ci il tarixdə Gədəbəy rayonu, Kilsəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Xızı rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsindən daxil olmuş 12 iyun 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 12 iyun 2022-ci il tarixdə, saat 19:50 radələrində Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində Şəxs idarə etdiyi “VAZ 2103” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi Outlander” markalı, ** LK *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və araşdırma zamanı Şəxs “VAZ 2103” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan, eyni zamanda alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi və zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 12 iyun 2022-ci il tarixdə, saat 19:50 radələrində idarə etdiyi “VAZ 2103” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobillə Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun hərəkət hissəsində 3 nəfər şəxsin yolu keçmək istədiklərini gördükdə hərəkətdə olan piyadaları vurmaq ehtimalından ehtiyat etmiş və idarə etməni itirərək yolun hərəkətsiz hissəsində dayanmış vəziyyətdə olan “Mitsubishi Outlander” markalı, ** LK *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən bir qədər əvvəl dostu Tacir Qurbanovla spirtli içki qəbul etmişlər. Avtomobili idarə edərkən etibarnamə və ya hər-hansı idarə etməyə əsas verən hüquq müəyyənedici sənəd (eyni zamanda, avtomobilin mülkiyyətçisi də yanında olmamışdır) olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, yaşının, eləcə də, zərərçəkmiş şəxslə vurulmuş maddi zərərin ödənilməsi barədə aralarında olan razılaşmanın və sonuncunun ona qarşı hər-hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 12 iyun 2022-ci il tarixdə, saat 19:50 radələrində idarə etdiyi “Mitsubishi Outlander” markalı, ** LK *** dövlət nömrə nişanlı avtomobillə Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində hərəkətdə olarkən istifadəsində olan mobil telefona zəng gəlmiş və bununla əlaqədar avtomobili yolun sağ hissəsində saxlamışdır. Mobil telefonuna zəng edən şəxslə danışan zaman qəfildən avtomobilinin arxa hissədən vurulduğunu hiss etmiş və dərhal avtomobildən aşağı düşmüşdür. Bu zaman idarə etdiyi avtomobilin adını sonradan bildiyi Şəxs idarə etdiyi “VAZ 2103” markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobillə toqquşduğunun şahidi olmuşdur. Hadisə baş verən zaman Şəxs sərxoş vəziyyətdə olmasından şübhələndiyindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Bundan sonra, hadisə yerinə gələn polis əməkdaşları müvafiq araşdırma aparmışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə vurulmuş maddi zərərin ödənilməsi barədə aralarında olan razılaşmanın, eyni zamanda sonuncuya qarşı hər-hansı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Xızı rayon Polis Şöbəsi tərəfindən Şəxs və Zərərçəkmiş şəxs alkoqolluq dərəcəsinin müəyyən edilməsi məqsədilə Xızı rayon X3 Hüquqi Şəxsə ünvanlanmış 12 iyun 2022-ci il tarixli, 165-3505-1222 saylı məktubdan və ona dair sonuncu təşkilatın verdiyi qeydlərdən görünür ki, Şəxs alkoqol vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. İşdə olan Xızı RPŞ-nin məsul növbətçisi Ceyhun Əfəndiyev tərəfindən tərtib edilmiş və RPŞ-nin rəisinə ünvanlanmış 12 iyun 2022-ci il tarixli raportdan görünür ki, sözügedən hadisə barədə Zərərçəkmiş şəxs “102” xidmətinə zəng edərək hadisə, eləcə də, hadisəni törədən Şəxs sərxoş olması barədə məlumat vermişdir. İşdə olan 14 saylı notariat ofisi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan “Mitsubishi Outlander” markalı, ** LK *** dövlət nömrə nişanlı avtomobili istifadə edilməsi üçün Zərərçəkmiş şəxs etibar etmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında müvafiq razlaşmanın olmasını, bu səbəbdən sonuncuya qarşı hər-hansı şikayət və tələbinin olmamasını və bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, daha ciddi xətaya görə, yəni İXM-nin 333.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(068)-43/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-43/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver