Məhkəmə qərarları › İş №3(068)-43/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-43/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-43/2025 13.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi - aparıcı müfəttiş Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 40 olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşları 04 iyul 2024-cü il tarixdə monitorinq apararkən Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasını müəyyən etmişlər. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 12 avqust 2024- cü il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta törətməsi barədə protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(059)-227/2024 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 11000 (on bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan narazı qalan "xxxx" MMC-nin direktoru X4 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(105)-490/2024 nömrəli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(059)-227/2024 nömrəli qərarı ləğv olunmuş, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola yenidən baxılması üçün material Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, "xxxx" MMC nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 11000 (on bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan narazı qalan hüquqi şəxsin vəkili Vəkil apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 3(105)-97/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 3(059)-1/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 3(105)-97/2025 nömrəli qərarı onunla əsaslandırılmışdır ki, 12 avqust 2024-cü il tarixli protokolun tərtibinə əsas olmuş X5 Monitorinq İdarəsinin laborator təhlillərinin nəticələrinə dair müvafiq sənədlər işə baxan məhkəmə tərəfindən tələb edilərək araşdırılmadığından, götürülən laborator nümunələrin MMC-yə məxsus müəssisədən axıdılan kollektordan götürülməsinə dair fotoşəkillərdəki koordinatlara, həmçinin MMC-nin nümayəndəsinin “müəssisə daxilində tullantı su kütləsinin germetik sututarda (şamboda) yığılaraq sonradan avtomaşınlarla daşınması halının” müəyyən edilməsi məqsədilə yerində baxış keçirilməklə dəqiqləşdirilməsi və zəruri sənədlərin tələb edilməklə MMC barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında "xxxx" MMC-nin inzibati məsuliyyətinin olub-olmaması barədə məsələ həll olunaraq əsaslı qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən 15 yanvar 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-də, Cəmiyyətin direktoru X2, cəmiyyətin nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş Nümayəndə3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi X1 iştirakları ilə yerli müayinə keçirilmiş olsa da MMC-yə məxsus ərazidə şambonun olub olmaması və o, cümlədən axıdılması ehtimal olunan çirkab suyun axıdılma mənbəyinin yeri dəqiq müəyyən edilməmişdir. Belə ki, axıdılmış suyun mənbəyinin müəyyən edilməsi ona görə vacibdir ki, həmin su cəmiyyətin ərazisindən axıdılan su olub-olmaması aydınlaşsın. Belə ki, həmin video diskə baxış keçirilərkən müəyyən edilir ki, müayinə iştirakçıları nümunənin götürüldüyü yerdə dayanaraq həmin yerə baxış keçirmiş, lakin mübahisəli suyun mənbəyinin yəni MMC-yə məxsus binanın yerləşdiyi yerə doğru çirkab suyun axıdıldığı ehtimal olunan kanalın yuxarı hissəsinə (nümunə götürülən yerin əksi istiqamətinə) baxış keçirilməmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, “müəssisə daxilində tullantı su kütləsinin germetik sututarda (şamboda) yığılaraq sonradan avtomaşınlarla daşınması halının” müəyyən edilməsi məqsədilə MMC ərazisinə baxışın keçirilməsinə nail olunmamışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin əvvəlki qərarında qeyd olunan göstərişlər tam olaraq icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi - aparıcı müfəttiş Nümayəndə3 tərtib edilmiş müvafiq protokolu müdafiə edərək, eyni zamanda sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 İdarəsinin əməkdaşları ilə birgə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-də keçirdikləri monitorinq zamanı cəmiyyətin ərazisindən axıdılan tullantı suyundan nümunə götürmüş, bu zaman foto çəkilişlər edilmiş və müvafiq akt tərtib edilmişdir. Nümunə iyul ayın 4-də götürülsə də, araşdırma getdiyinə və onlara ümumi rayon üzrə nöqtələrdən götürülmüş monitorinqlərin cavabı gec gəldiyinə görə protokolun avqust ayının 12-də tərtib olunmuşdur. Əlavə araşdırma aparılması ilə bağlı qərardad qəbul olunmuş, lakin iş materiallarına əlavə olunmamasının səbəbini bilməsə də, lazım olarsa həmin sənədi təqdim edə bilər. Belə ki, bütün məhkəmələrdə o, iştirak etmiş, materiallarda həmin qərardad olmalı idi, ola bilsin nə isə səhv düşüb, əlavə olunmamışdır. Bu işlə bağlı prokurorluqda da araşdırma aparılır və bununla bağlı məktub dünən onlara daxil olmuşdur. Orada qeyd olunub ki, əgər müəssisə hüququ şəxs qismində cəlb olunubsa, bilavasitə müəssisə rəhbəri vəzifəli şəxs kimi məsuliyyət daşıyır. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati araşdırma başlanılmışdır. Onların əməkdaşı Adil Məcidov tərəfindən bir yerdən nümunə götürülmüş və bu barədə akt tərtib edilmişdir. Laboratoriya nümunə nömrələri ilə onların nümunə nömrələri üst-üstə düşməyə bilər. Belə ki, götürülən nümunə ilə verilən nümunə cavabları ayrı olur. Bununla yanaşı, Xəzər Monitorinq İdarəsinə bir neçə obyekt üzərindən sorğular verilmişdir, ola bilsin nömrədə mexaniki səhvlər baş versin. Materialların içərisində olan cədvəldə ekotoksikoloji təhlilllərdə digər obyektlərin qarşısında kəskin zəhərli olduğu qeyd olunsa da, bu MMC-nin qarşısında heç nə yazılmamasının səbəbi zəhərli olmamasıdır. Ümumiyyətlə götürülmüş nümunələrin zəhərli olduğuna görə MMC-yə cərimə tədbiq olunmamışdır. MMC-yə çirkləndirici maddələrin yol verilən hədlərinin normadan artıq olduğuna görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Çünki bunu laboratoriya mütəxəssisləri müəyyən edir. Məhlula hər hansı maddə qatılır, bir neçə dəqiqə ərzində zəhərli maddəyə çevrilibçevrilmədiyini müşahidə edərək müəyyən edirlər. Qeyd olunanlara əsasən tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı sayılmasını və "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, "xxxx" MMC-nin ekoloji pasportu, tullantılara aid sənədləri və rəyləri vardır. Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunmuş protokola heç bir obyektiv və mötəbər sübutlar əlavə edilməmiş, yalnız şifahi mülahizə formasında götürülmüş su nümunələrinin cəmiyyətin ərazisindən axıdılan tullantı suları olması qeyd olunmuşdur. Belə ki, məhkəmənin iştirakı ilə əraziyə yerli baxış keçirilmiş və nümunə götürüldüyü yerin müəssisənin ərazisinə daxil olmaması müəyyən edilmişdir. Hətta müəssisənin ərazisinə su dolan yer də mövcud olmuş, oradan isə qaz xəttinin keçdiyini görmüşlər. Həmin ərazidə qaz xətti olmasa belə o naziklikdə turbanın su turbası olmaması qənaətinə gəlmək olar. Əgər bu kanalizasiya xətti olsaydı onun müəyyən bir diametri olmalı idi. Həmçinin, yerli baxışı həyata keçirərkən də, kanalizasiya xəttinin müəssisə daxilindən kənara çıxdığının şahidi olmamışlar və obyektin arxa tərəfinə keçən zaman orada müəyyən bir yerə çirkab tullantılar yığıldığını müəyyən etmişlər. Həmin tullantıların kənarlaşdırılması ilə bağlı müqavilələri də vardır. Yəni onların müəssisəsi kənara heç bir tullantı atmır. Ekoloji pasportda da həmin müəssisənin tullantısız obyekt olduğu qeyd olunmuşdur. Həmin müəssisədə cəmi 30 nəfərə yaxın işçi çalışır. Orada işçilər yuyunsa belə şambo dolan zaman maşın gəlib oranı boşaldır. Çirkab sudan nümunə götürən əməkdaş özü oraya qərəzli şəkildə çirkab su buraxaraq oradan nümunə götürə bilərdi. Çünki nümunə götürülən yer müəssisə ərazisi deyildir. Obyekt ərazisinə yığılan su da yağış suyu olmuşdur. Bunu Hidrometeorolgiya şöbəsinə verilən sorğuya cavab da təsdiqləyir. Halbuki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə3 təkidlə həmin günü qətiyyən yağış yağmadığını qeyd edirdi. Odur ki, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli aktından və fotoşəkillərdən görünür ki, həmin tarixdə, saat 14:44 radələrində 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları birlikdə xidməti ərazidə ətraf mühitə təsirə malik iri istehsal və xidmət müəssisələrində əmələ gələn tullantı sularından nümunələr götürülməsi üçün Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexinə getmişlər. Nümunələrin götürülməsi üçün müəssisədən nümayəndə dəvət olunsa da, iştirak edən olmamışdır. Bundan sonra, 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən müəssisənin Bakı- Rusiya avtomobil yolunun sağ tərəfində olan quşçuluq sexinin şimal tərəfdəki torlu hasarından axıdılan tullantı su mənbəyi aşkar olunmuş, habelə oradan fotoşəkillər çəkilərək su nümunələri götürülmüşdür. X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılaraq götürülən su nümunələri EM-75, EM-17 və MB-181 nömrəli plastik qablara doldurulmuşdur. Həmin akt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Adil Məcidov və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Zəki Həsənzadə tərəfindən imzalanmışdır (müəssisənin (obyektin) nümayəndəsi tərəfindən imzalanmamışdır). İş materiallarında olan 04 iyul 2024-cü il tarixli 406 nömrəli nümunə aktın surətindən görünür ki, Siyəzən rayonu, Zarat bələdiyyəsi ərazisində yerləşən "xxxx" MMC-də monitorinq aparılarkən laborator təhlillər üçün götürülən nümunələrin №-si və həcmi: plastik 167, m/b 381, 1 nümunə. Lakin aktın özündə nəzərdə tutulmasına baxmayaraq, akt tərtib olunarkən müəssisənin (obyektin) nümayəndəsinin iştirakı təmin olunmamış və onlar tərəfindən imzalanmamışdır. İş materiallarında olan 04 iyul 2024-cü il tarixində Siyəzən rayonu, Zarat bələdiyyəsi "xxxx" MMC-dən götürülmüş su nümunəsi üzərində "xxxx" MMC-nin aparıcı mütəxəssisi Əfsanə Əsədova, baş kimyaçı Aybəniz Duşdurova və keyfiyyət meneceri Zibər Ağazadə tərəfindən analiz aparılmış və nəticəsinə dair xx.xx.2024-cü il tarixdə müvafiq cədvəl tərtib edilərək onlar tərəfindən imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 2024-cü ilin iyul ayı üzrə Xaçmaz, Şabran və Siyəzən rayonlarının çirkab su təmizləyici qurğularından, dənizə olan kollektorlardan götürülmüş analiz nəticələrindən görünür ki, "xxxx" MMC-yə məxsus Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun sağ tərəfində olan quşçuluq sexinin şimal tərəfdəki torlu hasarından axıdılan tullantı su nümunələri üzərində aparılmış təhlillərin nəticəsinə görə ammonium ionu 8,8 (YVQH-0,5), oksigenin biokimyəvi sərfi (OBS5) 214,6 (YVQH-<6,0), Sintetik səthi maddələr 0,66 (YVQH-<0,5), Escherich ia coli şərti xəstəlik törədən bakteriyaların miqdarı 15800000 təyin edilmişdir. Həmin cədvəldən görünür ki, "xxxx" MMC barəsində ekotoksikoloji təhlil xanası (zəhərli olub-olmaması) boş buraxılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, C-BM/4424-457 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "xxxx" MMC-yə ünvanlanmış bildirişindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşları ilə birgə keçirilən monitorinq zamanı "xxxx" MMC-yə məxsus quşçuluq sexinin fəaliyyətdə olduğu müddətdə əmələ gələn tullantı sularından götürülmüş su nümunələri üzərində aparılmış analiz nəticələrinə görə yol verilən hədd normasından artıq olması faktına görə 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli akt tərtib olunaraq inzibati araşdırma başlanılmışdır. Aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 09 avqust 2024-cü il tarixdə, saat 11:35-də 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 04 iyul 2024-cü il tarixdə keçirilmiş monitorinq zamanı Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 2017-2022-ci illərə aid "xxxx" MMC-yə təqdim etdiyi “Ekoloji Pasport”a əsasən, müəssisənin istehsalat fəaliyyəti tullantısız texnologiyaya əsaslanıb və çirkab su xüsusi şamboya axıdılır, çirkab suların tərkibi isə asılqan maddələrdən, pH, OBT5 və OKT maddələrinə malikdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 07 may 2025-ci il tarixli, 3-14-20/2- 542/2025 nömrəli arayışından görünür ki, 2024-cü ilin iyun-iyul ayları ərzində Siyəzən rayonu ərazisində müşahidə edilmiş yağıntının miqdarı: iyun ayı üzrə - biri leysan yağış, on biri yağış, on ikisi leysan yağış, on üçü yağış, iyirmi biri leysan yağış, iyirmi ikisi yağış, iyirmi altısı və iyirmi yeddisi yağış; iyul ayı üzrə - ikisi və üçü leysan yağış, on altısı və on səkkizi leysan yağış, iyirmi biri yağış, iyirmi dördü leysan yağış, iyirmi beşi yağış, iyirmi yeddisi və iyirmisi səkkizi yağış yağmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Kosmik Agentliyinin Xızı Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Siyəzən rayonu, Zarat kəndi ərazisinə dair qeyd olunan tarixlər üzrə peyk təsvirləri Azərkosmosun arxivində mövcud deyildir. Məhkəmə tərəfindən 30 aprel 2025-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən "xxxx" MMC-də, həmin MMC-nin vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi - aparıcı müfəttiş Nümayəndə3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi X1 iştirakları ilə yerli müayinə keçirilmiş, bu zaman sonuncu su nümunəsinin götürdüyü yeri təqdim edərək, bir yerdən nümunə götürdüyünü qeyd etmişdir. Bundan sonra müəssisənin nümunə götürülmüş yerdən hündürdə yerləşdiyi, su nümunəsi götürülən yerin MMC-nin torlu hasarının yanından götürüldüyü, ondan yuxarıda və ya yaxınlıqda hər hansı digər müəssisənin olmadığı müşahidə edilmişdir. Daha sonra müəssisə daxilində tullantı su kütləsinin germetik sututarda (şamboda) yığılması halı müəyyən edilmişdir. Nümunə götürülən yerə müəssisə ərazisindən tullantı sularının axıdılmasını ehtimal etməyə əsas verən heç bir qurğu, kanal və s. vasitə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir və inzibati məsuliyyətə səbəb olur. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin ərazisində monitorinq aparacaqları barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Belə ki, 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli aktdan görünür ki, həmin tarixdə, saat 14:44 radələrində 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları birlikdə xidməti ərazidə ətraf mühitə təsirə malik iri istehsal və xidmət müəssisələrində əmələ gələn tullantı sularından nümunələr götürülməsi üçün Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexinə getmişlər və nümunələrin götürülməsi üçün müəssisədən nümayəndə dəvət olunsa da, iştirak edən olmamışdır. Eyni zamanda 04 iyul 2024-cü il tarixli, 406 nömrəli nümunə aktından görünür ki, Siyəzən rayonu, Zarat bələdiyyəsi ərazisində yerləşən "xxxx" MMC-də monitorinq aparılarkən laborator təhlillər üçün nümunələr götürülmüşdür. Həmin aktlardan göründüyü kimi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları məhz "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olub-olmamasını müəyyən etmək üçün həmin əraziyə getmiş və bu məqsədlə müəssisədən nümayəndə dəvət etmişlər. Belə olmadığı təqdirdə hər hansı bir boş ərazidən nümunələrin götürülməsi üçün müəssisənin nümayəndəsinin iştirakına zərurət yaranmazdı. Halbuki, «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli Fərmanının 3 və 4-cü maddələrinə əsasən yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilməlidir. Həmin Fərmana əsasən “İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:

1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;

2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;

3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi. Məhkəmə iclasında müəyyən edildi ki, 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilmişdir. Bundan sonra 04 iyul 2024-cü il tarixli, 406 nömrəli nümunə aktına əsasən laborator təhlillər üçün nümunələr götürülmüş və nümunələrin №-si və həcmi: plastik 167, m/b 381, 1 nümunə kimi qeyd olunmuş, 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli aktda isə X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılaraq götürülən su nümunələrinin EM-75, EM-17 və MB-181 nömrəli plastik qablara doldurulması göstərilmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC-yə bildiriş göndərərək, keçirilən monitorinq zamanı "xxxx" MMC-yə məxsus quşçuluq sexinin fəaliyyətdə olduğu müddətdə əmələ gələn tullantı sularından götürülmüş su nümunələri üzərində aparılmış analiz nəticələrinə görə yol verilən hədd normasından artıq olması faktına görə 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli akt tərtib olunaraq inzibati araşdırma başlanılması qeyd olunmuş və aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 09 avqust 2024-cü il tarixdə, saat 11:35-də 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağırılmış, faktın aşkarlanmasından 1 ay 8 gün sonra isə inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilmədən (iş materiallarına əlavə olunmamışdır) 12 avqust 2024-cü il tarixdə həmin sözü gedən akt əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Bununla da, həmin protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən "xxxx" MMC-nin təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməz. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli akt və 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol istisna olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 07 may 2025-ci il tarixli, 3-14-20/2-542/2025 nömrəli arayışından görünür ki, 04 iyul 2024-cü il tarixli, 85770 nömrəli akt tərtib edilməmişdən iki gün əvvəl, yəni 2024-cü ilin iyul ayının ikisi və üçü Siyəzən rayonu ərazisində leysan yağış müşahidə edilmişdir. İşin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sənəd və sübutlardan da göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış araşdırma natamam şəkildə həyata keçirilmiş, Siyəzən rayonunun Zarat kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasını təsdiqləyən hər hansı bir sübut (baş verməsi ehtimal edilən hadisənin törədilməsini təsdiqləyən hər hansı bir sübut və ya sənəd) toplanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, yoxlama vahid reyestrdə qeydə alınmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Xızı Rayon Məhkəməsinin icraatında olmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxılarkən də, inzibati xəta haqqında protokolu tərtib edən orqanın eyni qanun pozuntularına yol verməsi, yəni İdarənin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilməsi müəyyən olunduğundan, Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 13(068)-17/2021 nömrəli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-350/2021 nömrəli qərarı ilə Xızı Rayon Məhkəməsinin 3(068)-17/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1. və 18.2.-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə "xxxx" MMC-nin səlahiyyətli şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə 12 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən həmin MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı :

Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar