Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-44/2020 17.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evindən cəmi 85,50 manat dəyərində məişət və digər mallarını talamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə tam təqsirli bilərək izahatında göstərdi ki, Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs qəsəbədə yerləşən evinin sahibsiz olduğunu bilib, oradan oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə də, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində Füzulinin evinə tərəf gəlib, hasardan atdanaraq həyətə daxil olmuşdur. Bundan sonra, evin pəncərəsinə quraşdırılan dəmir barmaqlığı əyərək oradan evə daxil olmuşdur. Evdə olan 1 ədəd elektrik samovarını, 10 ədəd stəkanı, 1 ədəd palazı, uzunluğu təxminən 3 metr olan 5 ədəd taxtanı və təxminən 40 metr uzunluğunda elektrik naqilini götürərək, evdən çıxmışdır. Bundan sonra, Bakı şəhərində samovarı 21 manata, elektrik naqilini 13,32 manata əlvan metal qəbulu yerinə, 1 ədəd palazı isə yenə Bakı şəhərində tanımadığı şəxsə 50 manata satmış, taxtaları və stəkanları isə öz istifadəsi üçün yaşadığı evə aparmışdır. Hal-hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməmişdir. Bununla bağlı özünü törətdiyi əmələ görə təqsirli bilir və zərərçəkmiş şəxsə qarşı etdiyi əməlindən səmimi peşmançılıq çəkir, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, xidməti işi ilə bağlı ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış HK-1/159 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs məxsus evdən xırda talama növündə inzibati xətanı törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü materiallar aidiyyəti üzrə Xızı RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərardan və orada əks olunmuş müvafiq rəydən görünür ki, Zərərçəkmiş şəxs Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evindən məişət və digər mallarının talanması nəticəsində cəmi 85,50 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin İnformasiya sistemində olan məlumatlardan görünür ki, Şəxs himayəsində xx xxx 2015-ci il təvəllüdlü Şəms, xx xxxx 2017-ci il təvəllüdlü Nuray və xx xxxxxx 2020-ci il təvəllüdlü Aminə adında 3 azyaşlı övladı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi və himayəsində 3 azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, eləcə də dəymiş zərərin zərərçəkmiş şəxslərə ödənilməməsini nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin ¼-dən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 17:50 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31,4, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 17.50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(068)-44/2020
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-44/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver