Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-46/2021 10.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və nümayəndəsi X1 iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası FHN-nin Xızı rayon X5 Hissəsində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 12 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı- Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 57-ci kilometrliyində idarə etdiyi “Kamaz-43118-10 Xüsusi yanğınsöndürən” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “X8 CDİ” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “X8 CDİ” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs Muxtar qızı bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Xızı şəhərində yaşayır, Xızı rayon X5 Hissəsində sürücü işləyir və “A B C D E” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. 12 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz-43118-10 Xüsusi yanğınsöndürən” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə 50 km/saat sürətlə düzünə hərəkət etmişdir. Yolun Xızı rayonu, Yeni Yaşma kəndi ərazisindən keçən 57-ci kilometrliyində icazə verilməyən hissəsindən sola dönmə əməliyyatı etmək üçün avtomobilin sayrışan işıqlarını yandıraraq sürəti azaltmış, dönmə əməliyyatı edərkən ondan arxada düzünə hərəkətdə olan X1 idarə etdiyi “X8 CDİ” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol orta yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində “X8 CDİ” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs Muxtar qızı xəsarət almışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, 12 avqust 2021-ci il tarixdə, 20:00 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “X8 CDİ” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 90 km/saat sürətlə düzünə hərəkət etmişdir. Yolun Xızı rayonu Yeni-Yaşma kəndi ərazisindən keçən 57-ci kilometrliyində onlardan qarşıda sağ hərəkət zolağı ilə hərəkət edən sonradan şəxsiyyəti onlara məlum olan Şəxs idarə etdiyi “Kamaz-43118-10 Xüsusi yanğınsöndürən” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun icazə verilməyən hissəsindən sola sayrışan işıqlarını yandırmadan dönmə əməliyyatı edərkən onun idarə etdiyi avtomobilin ön hissəsi ilə “Kamaz-43118-10 Xüsusi yanğınsöndürən” markalı avtomobilin sol orta yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində arvadı Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda onlara dəymiş ziyan ödənildiyindən Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə əvvəlki iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X2 ilə oxşar məzmunda izahat vermişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Yol-Patrul Xidməti Alayı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 məhkəmə-tibb ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 1080 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Muxtar qızının bədəni üzərində QKBT, baş beyin silkələnməsi, sağ bazu-çiyin oynağı nahiyənin dərialı hematoması, sağ gözaltı nahiyyənin və al göz qapağının, sağ ağız buçağı nahiyyənin, sağ dizin ön səthinin, sol dizin ön səthinin, sağ bud-çanaq oynağı nahiyyənin qançırları, sağ almacıq nahiyyənin, sağ saidi sıyrıqları xəsarətləri bərk küt əşyanın təsirindən törənməklə 12.08.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığn qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPXA-na göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, sərxoşluq müayinəsi zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-46/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-46/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver