Məhkəmə qərarları › İş №3(068)-47/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-47/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-47/2025 13.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Sitalçay kəndi olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən 02 aprel 2025-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində "xxxx" MMC-nin mülkiyyətində olan yük daşıma yerinə yetirən “Hyundai” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmamış, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmiş və "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı regional idarəsinin inspektoru X2 tərəfindən 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 3(007)-1755/2025 nömrəli qərardadı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar hüquqi şəxsin ünvanı üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, 02 aprel 2025-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində “Araz” market qarşısında "xxxx" MMC-yə məxsus “Hyundai” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması və nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən inzibati xəta haqqında 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Belə ki, sürücü avtomobil ilə hər gün daşınmanı həyata keçirirsə, reysqabağı hər gün tibbi müayinədən keçməli, habelə avtomobilin də texniki vəziyyəti yoxlanılmalıdır. Belə ki, bu qayda Azərbaycan Nazirlər Kabinetin 71 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Bundan başqa, sürücünün reysqabağı tibbi müayinədən keçməməsi və avtomobilin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması dövlət büdcəsindən maliyyələşən idarələr aiddir. "xxxx" MMC daşıyıcı şirkət olmasa idi xüsusi fərqlənmə nişanı almasına da heç bir zərurət yox idi. Belə ki, yük daşımanı həyata keçirirsə, bununla bağlı məsuliyyət daşıyır. Odur ki, "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi MMC-ni İXM-nin 326-cı maddəsi ilə təqsirli bilməyərək izahatında və məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, "xxxx" MMC-yə əvvəllər də eyni ittiham ilə AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş, məhkəmələr tərəfindən əsassız olduğu sübuta yetirilmişdir. "xxxx" MMC daşıma fəaliyəti ilə məşğul deyil, cəmiyyət öz istehsal etdiyi məhsulları daşınmasını həyata keçirir. Qeyd edir ki, fərqlənmə nişanı hər hansı şirkətin məhsulunu daşıyırsa alınmalıdır. Bu sərnişin və yük daşınması ola bilər. Ancaq şirkət öz məhsulunu daşıyırsa təbii ki, xüsusi fərqlənmə nişanı almalıdır. Onun əsasında şirkətə öz məhsulunu və işçisini daşımağa icazə verilir. "xxxx" MMC-yə məxsus bir çox nəqliyyat vasitələrində həmin fərqlənmə nişanları var. Lakin 11 nəqliyyat vasitəsinin içərisində yeni nəqliyyat vasitələri olduğuna görə xüsusi fərqlənmə nişanları yoxdur. Həmin nəqliyyat vasitəsi barəsində protokol tərtib olunmuş **-AC-*** nömrəsi ilə qeydiyyata alınmış nəqliyyat vasitəsidir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə AYNA-ya "xxxx" MMC adından rəsmi olaraq müraciət olunmuşdur ki, bu nəqliyyat vasitəsinə xüsusi fərlənmə nişanının verilməsini təmin olunsun. AYNA isə Nazirlər Kabinetinin 2009-cu il tarixli qərarına istinad edərək bildirmişdir ki, onların agentliyində reysqabağı yoxlamadan keçirilmir. Bunun üçün "xxxx" MMC təyin edilmişdir. Giləzi-Quşçuluq Şirkəti” MMC tərəfindən bu imtina ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə həmin öhdəliyin AYNA-nın üzərinə qoyulması ilə bağlı şikayət verilmişdir. Bu məhkəmə prosesi ayrıca qaydada davam edir. Eyni zamanda AYNA tərəfindən "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri saxlanılaraq sürücülər də fiziki şəxs kimi ayrıca olaraq cərimə edilirlər. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar daşıyıcı hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydası"nın 1.1-ci bəndinə əsasən bu qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin qaydaların 1.2-ci bəndinə əsasən bu qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. İndiki halda isə "xxxx" MMC yalnız özünə məxsus məhsulların daşınmasını həyata keçirdiyindən qanunvericiliyin tələblərinə əsasən daşıyıcı hesab olunmur. Odur ki, "xxxx" MMC barəsində İXM-nin 326-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almış, hüquqi ünvanı Xızı rayonu, Sitalçay kəndində yerləşir. 02 aprel 2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan və diskdən görünür ki, 02 aprel 2025-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində "xxxx" MMC-nin (VÖEN **********) mülkiyyətində olan “Hyundai” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi" Qaydasının 2.2 və 3.2-ci maddəsinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Həmin Qaydanın 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7.4-cü bəndinə əsasən bu Qaydalar hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmir. Məhkəmə qeyd edir ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Qanununun tətbiq edilməsinə dair 04 iyul 2008-ci il tarixli 792 saylı Fərmanının 1.8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilərək təsdiq edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu qanun aşağıdakı şəxslərə şamil edilmir. 3.2.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 3.2.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 3.2.3. dövlət orqanlarının (qurumlarının), büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkanar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 3.2.4. hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara; 3.2.5. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 3.2.6. fiziki şəxslərin mülkiyyətində yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən mülkiyyətində olan “Hyundai” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə mallar bir yerdən başqa yerə daşımışdır. Keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video və fotogörüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil "xxxx" MMC tərəfindən hazırki iş üzrə həyata keçirilmiş daşımanın kommersiya məqsədli olmadığını bildirməklə protokolun əsassız tərtib olunmasını hesab etmişdir. Məhkəmə qeyd edir ki, avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iş üzrə "xxxx" MMC-yə məxsus olan “Hyundai” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə malları digər ünvana ümumi istifadədə olan avtomobil yollarından istifadə edərək kommersiya məqsədi ilə çatdırmışdır. Bu hal xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində AYNA-nın inspektoru tərəfindən aşkar edilərək akt və protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, hazırki iş üzrə "xxxx" MMC-yə məxsus olan “Hyundai” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cəmiyyətin istehsal etdiyi malları digər ünvana daşıması təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalara aid edilə bilməz və kommersiya məqsədli daşıma hesab edilməlidir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsinin həmin daşımanın kommersiya məqsədli daşıma olmaması ilə bağlı fikirləri ilə də razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, həmin şirkət tərəfindən mallar qeyri-kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi, yəni malları sataraq gəlir əldə etmək məqsədi ilə daşınılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinə əsasən vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır. Göründüyü kimi, hüquqi şəxs xüsusi fərqlənmə nişanı almaqla mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınması fəaliyyəti ilə məşğul olduğunu faktiki olaraq özü təsdiq və etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, analoji iş üzrə Abşeron Rayon Məhkəməsinin 3(012)-373/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-156/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" MMC-nin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40.0.1, 43, 114, 115, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar