Məhkəmə qərarları › İş №3(068)-49/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-49/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-49/2022 28.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqan - Xızı RPŞ-nin DYPB-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Xızı rayonu, Sitalçay kəndi olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Xızı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Xızı Rayon Polis X5 Polisi Bölməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXM-nin 347-ci maddəsi ilə 08 sentyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xızı Rayon Polis X5 Polisi Bölməsinin sorğusuna əsasən mülkiyyətində (istifadəsində) olan “Ford Transıt yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Xızı Rayon Polis X5 Polisi Bölməsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən orqanın nümayəndəsi - Xızı RPŞ-nin DYPB-nin operatoru X2 tərtib olunmuş protokola uyğun izahat verərək, həmçinin bildirmişdir ki, sorğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə poçt vasitəsi ilə deyil, qanunamüvafiq olaraq “Ford Transıt yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş sürücüyə şəxsən təqdim olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Elvin Eminov məhkəməyə iş üzrə icraata xitam verilməsinə dair vəsatət göndərərək, göstərmişdir ki, Xızı Rayon Polis Şöbəsindən “Ford Transıt yük” markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın alınması barədə MMC-yə rəsmi sorğu daxil olmamış və bu səbəbdən də Xızı Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Xızı Rayon Polis X5 Polisi Bölməsinin xx.xx.2022-ci il tarixli sorğu məktubundan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində (istifadəsində) olan “Ford Transıt yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2022-ci il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Xızı Rayon Polis X5 Polisi Bölməsi tərəfindən həmin dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuş, lakin həmin sorğunun göndərilməsini və ünvan sahibinə çatmasını təsdiq edən sənəd əlavə olunmamışdır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon DYPŞ-nin “sənədin rəsmi verilməsinə dair kötük”dən görünür ki, “Ford Transıt yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xəta törətməsinə dair bildiriş 09 avqust 2022-ci il tarixdə ad, soyadı göstərilməyən şəxsə verilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xızı Rayon Polis X5 Polisi Bölməsi tərəfindən "xxxx" MMC-yə mülkiyyətində (istifadəsində) olan “Ford Transıt yük” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilməmişdir. İXM-də göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2). İnzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.1.4). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1). Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar