Məhkəmə qərarları › İş №3(068)-51/2025

Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-51/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-51/2025 22.05.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24427969 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 25014918 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə və inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsi barədə vəsatətinə ona əlavə edilən sənədlərlə birlikdə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24427969 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 25014918 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 vəsatət ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24427969 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 25014918 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermə müddətini bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X4 vəsatət təqdim edərək, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşadığından şıkayətin baxılması üçün yaşadığı yer üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq elektron qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X4 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və şikayəti aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda, şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya sistemindən də görünür ki, X1 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səalhiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 129.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24427969 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 25014918 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti ona əlavə edilən sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilsin. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar