Məhkəmə qərarları › İş №3(068)-52/2025

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-52/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-52/2025 25.06.2025 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" MMC 65760,00 ABŞ dolları məbləğində olan pul vəsaitini 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 10960,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, həmin məbləğdə valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 may 2025-ci il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili Vəkil məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətindən 1 tonunun qiyməti 548 ABŞ dolları olmaqla 120 ton kalsium fosfatları almışdır. Həmin mala görə "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətinə xx.xx.2023-cü il tarixində ümumilikdə 65760 ABŞ dolları məbləğində pul köçürmüşdür. xx.xx.2023-cü il tarixli, **********4877 saylı, xx.xx.2023-cü il tarixli, **********4119 saylı, xx.xx.2023-cü il tarixli, **********2799 saylı, xx.xx.2023-cü il tarixli, **********6193 saylı, xx.xx.2023-cü il tarixli, **********0345 saylı və xx.xx.2023-cü il tarixli, **********3767 saylı gömrük bəyannamələrinə əsasən ümumi dəyəri 65760 ABŞ dolları olan həmin mallar tam olaraq ölkəyə gətirilmişdir. Bundan əlavə "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətindən 1 tonunun qiyməti 548 ABŞ dolları olmaqla 120 ton kalsium fosfatları almışdır. Həmin mala görə "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətinə xx.xx.2023-cü il tarixində ümumilikdə 65760 ABŞ dolları məbləğində pul köçürmüşdür. xx.xx.2023-cü il tarixli, **********6288 saylı, xx.xx.2023-cü il tarixli, **********6542 saylı, xx.xx.2023-cü il tarixli, **********3475 saylı, xx.xx.2023-cü il tarixli, **********3764 saylı, xx.xx.2023-cü il tarixli, **********4475 saylı və xx.xx.2023-cü il tarixli, **********2791 saylı gömrük bəyannamələrinə əsasən ümumi dəyəri 65760 ABŞ dolları olan həmin mallar tam olaraq ölkəyə gətirilmişdir. Lakin xx.xx.2023-cü il tarixli, **********6288 saylı gömrük bəyannaməsi əsasında gətirilən 10960 ABŞ dolları məbləğində mal "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə aid edilməli olduğundan gömrük orqanında səhv olaraq tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə aid edilmişdir. Göründüyü kimi "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətinə 2 müqavilə üzrə ümumilkdə 131520 ABŞ dolları məbləğində pul köçürmüş, "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx"xxxx"xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətindən 1 tonunun qiyməti 548 ABŞ dolları olmaqla 120 ton kalsium fosfatları almışdır. Həmin mala görə "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətinə xx.xx.2023-cü il tarixində ümumilikdə 65760 ABŞ dolları məbləğində pul köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli müqavilə üzrə 65760,00 ABŞ dolları məbləğində olan pul vəsaitindən cəmi 54800 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, avans qalıq – 10960 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminal Kompleks” Birliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərterminalkompleks” Birliyinin Xidmətlərin təşkili idarəsinin Sumqayıt şöbəsinin əməkdaşı texniki səhvə yol vermişdir. Bununla bağlı həmin əməkdaşdan yazılı izahat alınmışdır. Yaranmış zərurətlə əlaqədar xx.xx.2023-cü il tarixli **********6288 nömrəli gömrük bəyannaməsi əsasında gətirilən 10960 (on min doqquz yüz altmış) ABŞ dolları məbləğində malın "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli AB23.008.12-17 nömrəli müqaviləyə aid olmasına baxmayaraq texniki səhv olduğu üçün xx.xx.2023-sü il tarixli AB23.008.678910 nömrəli müqavilə xx.xx.2023-cü il tarixli **********6288 nömrəli gömrük bəyannaməsində qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırda inzibati xəta hadisəsi baş verməmiş, o cümlədən hüquqi şəxsin tərəfindən inzibati xəta törədilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətindən 1 tonunun qiyməti 548 ABŞ dolları olmaqla 120 ton kalsium fosfatları almışdır. Həmin mala görə "xxxx" MMC "A.B.GİDA SAN. VE TİC.A.Ş." şirkətinə xx.xx.2023-cü il tarixində ümumilikdə 65760 ABŞ dolları məbləğində pul köçürmüşdür. xx.xx.2023-cü il tarixli, **********6288 saylı, xx.xx.2023-cü il tarixli, **********6542 saylı, xx.xx.2023-cü il tarixli, **********3475 saylı, xx.xx.2023-cü il tarixli, **********3764 saylı, xx.xx.2023-cü il tarixli, **********4475 saylı və xx.xx.2023-cü il tarixli, **********2791 saylı gömrük bəyannamələrinə əsasən ümumi dəyəri 65760 ABŞ dolları olan həmin mallar 2 il müddət ərzində tam olaraq ölkəyə idxal edilmişdir. Belə olan halda inzibati xəta hadisəsi baş vermədiyindən "xxxx" MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə, inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, "xxxx" MMC 12 aprel 2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə 65760,00 ABŞ dolları məbləğində olan pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət ərzində həmin məbləğində vəsait hesabına alınan mallar ölkəyə tam idxal edilmiş və bu halda həmin MMC-nin təqsiri müəyyən olunmamışdır. Bundan başqa, əgər nəzərə alsaq ki, İXM-nin 430.4-cü maddəsi mahiyyət etibarı ilə xarici valyutanın ölkədən kənara qanunsuz yollarla çıxarılmasının qarşısının alınmasına, həmçinin təyinatı üzrə xərclənməsinə xidmət edir, mövcud vəziyyətdə xarici valyutanın təyinatından kənar sərf edilməsinə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.2-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə "xxxx" MMC-nin səlahiyyətli şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sözügedən Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Giləzi Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 65760,00 ABŞ dolları məbləğində olan pul vəsaiti hesabına alınan mallar ödənişin aparıldığı gündən 2 il müddət ərzində ölkəyə tam idxal edildiyindən, xx.xx.2023cü il tarixli **********6288 nömrəli gömrük bəyannaməsi əsasında gətirilən 10960 ABŞ dolları məbləğində malın "A.B.GİDA SAN. VE TİC.A.Ş."xxxx"xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli AB23.008.12-17 nömrəli müqaviləyə aid olmasına baxmayaraq texniki səhv olduğu üçün xx.xx.2023-sü il tarixli AB23.008.678910 nömrəli müqavilə xx.xx.2023-cü il tarixli **********6288 nömrəli gömrük bəyannaməsində qeyd olunduğundan, bununla da inzibati xəta hadisəsi olmadığından MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar