Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-55/2021 20.12.2021 XIZI RAYON MƏHKƏMƏSİ Xızı Rayon Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxsin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1976-cı il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim : Şəxs 05 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində “Azəriqaz” X5 X12 İdarəsinə məxsus cəmi 16 metr dəmir borunu oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 160 manat məbləğində ziyan vurmuşdur. Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən 18 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Xızı rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 05 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində “Azəriqaz” X5 X12 İdarəsinə məxsus 16 metr dəmir borunu oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 160 manat məbləğində ziyan vurmasını, həmçinin 18 dekabr 2021-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü materialların aidiyyəti üzrə Xızı RPŞ-nin İTB-nə göndərildiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Xızı rayonu, Sitalçay kəndində yaşayır və fərdi əməklə məşğul olmaqla gündəlik qazancını təmin edir. 05 dekabr 2021-ci il tarixdə, axşam saat təxminən 21:00 radələrində yaşadığı Xızı rayonu, Sitalçay kəndi ərazisində qaz xəttinin borularına dayaq olması üçün istifadə olunan 4 ədəd, hər birinin uzunluqları təxminən 4 metr olan dəmir boruları əli ilə yerindən çıxarmış, daha sonra onları həyətyanı sahəsinə aparmışdır. Təxminən 2-3 gün sonra isə Xızı rayonu, Sitalçay kəndinə gələn nömrəsini xatırlamadığı QAZ 24 markalı, dəmir alışı ilə məşğul olan tanımadığı avtomobilin sürücüsünə cəmi 20 manata satmışdır. Hazırda tutduğu əməldən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə vurulmuş ziyanı ödəmədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X7 izahatında göstərdi ki, Xaçmaz X12 İdarəsinin Xızı rayonu üzrə TQQ və SX-də mühəndis vəzifəsində çalışır. 06 dekabr 2021-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən həmin kəndə gedən d 57 mm-lik qaz xəttinin altında quraşdırılan dayaq boruların oğurlanması barədə çilingər X3 telefon vasitəsilə ona məlumat vermiş, daha sonra bu barədə akt tərtib olunmuşdur. Həmçinin, bununla bağlı olaraq müəssisəyə 160 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda onlara dəymiş ziyan ödənilmədiyindən inzibati xəta törətmiş Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İşdə olan Xızı RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı X1 18 dekabr 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün Xızı RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 05 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində “Azəriqaz” X5 X12 İdarəsinə məxsus 16 metr dəmir borunu oğurlamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 160 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, eləcə də dəymiş zərərin zərərçəkmiş şəxsə ödənilməməsini nəzərə alaraq, onun İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 dekabr 2021-ci il tarixdə, saat 12:30 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 18 dekabr 2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-55/2021
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-55/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver