Məhkəmə qərarları › İş №3(068)-55/2022

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-55/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-55/2022 21.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X7 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağcabədi rayonu, Qaradolaq kəndində qeydiyyatda olmaqla, Xızı rayonu Tıxlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 20 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Xızı rayonu, Tıxlı kəndi ərazisində vətəndaş Zərərçəkmiş şəxs ilə dalaşaraq, bir-birinin üz və baş nahiyyələrinə bir neçə zərbə vurmaqla fiziki xəsarət yetirmişlər. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 2016-cı il tarixdən ailə üzvləri ilə birlikdə Xızı rayonu Tıxlı kəndində köhnə orta məktəb binasında yaşayır. Eyni zamanda, onunla eyni binada Tamara adlı qadın da, ailəsi ilə birlikdə yaşayır. 16 avqust 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı evin həyətində Tamaranın oğlu Ramalın onun üç yaşlı uşağı Tuncayı əlləri ilə boğduğunu və başına vurduğunu görmüşdür. O, Ramalın üstünə qışqırmış və nə səbəbə Tuncağı boğduğunu soruşmuşdur. Ramal ona “yaxşı edirəm, anam deyib uşaqları döy” demişdir. O, Tamaranın oğlunu kənarlaşdırıb oğlunu evə gətirmişdir. Bundan sonra, Tamara ona nalayiq söyüşlər söymüş, onlar dalaşmış və sonuncu əlləri ilə onun üzünə cırmaq atmışdır. Tamara ayaq geynilən dəmirlə onun sağ qulağından bir dəfə vurmuşdur. Onun qulağının dərisi kəsilmiş və qan axmışdır. Əri və qayınanası gələrək Tamaranı ondan aralaşdırmışlar. O, telefonla 102-yə zəng edərək Tamara tərəfindən döyülməsi barədə məlumat vermişdir. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, hazırda zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2011-ci il tarixdən əri X3 və iki uşağı ilə birlikdə Xızı rayonu Tıxlı kəndində köhnə orta məktəb binasında yaşayır. Ondan başqa Ülviyyə adlı qadın dörd uşağı, əri, qaynı və qayınanası ilə birlikdə həmin binada yaşayır. Ülviyyənin ona qarşı münasibəti yaxşı olmamışdır. Ülviyyə heç bir səbəb olmadan tez-tez onunla mübahisə etmiş, nalayiq söyüşlər söymüşdür. 16 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evin həyətində oğlu Ramal Ülviyyənin oğlanları Tuqay və Tunarla oynamışdır. Ülviyyə onun oğlunu vurduğu üçün oğlu qaçıb onun anasının yaşadığı evə getmişdir. O, Ülviyyənin onun oğlunu necə vurduğunu görməmişdir. Sonra Ülviyyə onun oğluna qarğış etmişdir. O, Ülviyyəyə nə səbəbə oğluna qarğış etdiyini soruşmuşdur. Ülviyyə ona nalayiq söyüşlər söymüş və onun üstünə hücum etmişdir. Ülviyyə əlləri ilə onun üzündən və boynundan iki dəfə şillə vurmuşdur. Sonra Ülviyyə əlləri ilə onun başından tutub saçını yolmuşdur. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Xızı rayon Polis şöbəsinin X1 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə inzibati xətanı törətmiş şəxs barışdığı üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar