Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-62/2022 07.12.2022 XIZI RAYON MƏHKƏMƏSİ X10 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İ Tağım YPX inspektoru X6 tərəfindən İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında 18 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İ Tağım YPX inspektoru X6 tərəfindən İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında 18 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 sentyabr 2022-ci il tarixdə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İ Tağım YPX inspektoru X6 şikayətçinin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasını əsas gətirərək, barəsində İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. O, protokolla razı deyil. Belə ki, həmin vaxt yol hərəkəti qaydalarını pozmamışdır. Şikayət vermiş şəxs X3 inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında qərar qəbul etmiş şəxs X6 izahatında bildirdi ki, aşkar edilmiş yol hərəkəti, qayda pozuntusu faktına əsaslanmışdır. Belə ki, X1 hərəkəti haqqında Qanunun 51-ci maddəsinin tələblərini pozaraq, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə etmişdir. X5 İXM-nin 327.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* saylı elektron qərardan görünür ki, X5 barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir.” İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəinin V bəndinin 1 hissəsinə əsasən nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) ötmə qadağandır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin İ Tağım YPX inspektoru X6 tərəfindən Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində X5 barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Bununla yanaşı, məhkəmə iclasındakı araşdırma zamanı X2 İXM-nin 327.2-ci maddəsinin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən diskə baxılarkən öz təsdiqini tapmışdır. Həmçinin, CD-yə keçirilmiş baxış nəticəsində şikayət vermiş şəxsin yol patrul xidmətinin əməkdaşı ilə söhbəti nəticəsində onun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması özü tərəfindən etiraf edilmiş və o, törətdiyi əməli tələsməsi ilə əlaqələndirmişdir. Məhkəmə tədqiqatı zamanı iş materiallarında olan sənədlərdən, habelə CD-yə keçirilmiş baxış nəticəsində mübahisələndirilən qərarın ləğvinə əsas ola biləcək hal müəyyən edilməmişdir. Eyni zamanda, X5 inzibati xəta haqqında protokol əsasında ona təyin olunmuş 60 manat cəriməni ödəmiş və şikayət ərizəsində göstərdiyi dəlillərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-si tərəfindən İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında 18 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-si tərəfindən X5 barəsində İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında 18 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(068)-62/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-62/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver