Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-64/2022 02.11.2022 XIZI RAYON MƏHKƏMƏSİ X10 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Xızı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 01:53 radələrində Xızı RPŞ-yə daxil olmuş məlumat (X1 Məmmədovun onu döyməsi ilə bağlı DİN-in 102 xidmətinə etdiyi şikayəti ilə əlaqədar) əsasında hadisə yerinə təhkim edilmiş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən 02 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib edən şəxs - Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Xızı şəhərində yaşayır. 01 noyabr 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə spirtli içki qəbul etmiş və qonşusu X3 ilə mübahisə etmişdir. Bundan sonra, Məhəddin Bağırov onun barəsində DİN-in 102 xidmətinə şikayət etmiş və yaşadıqları evin həyətində olarkən polis əməkdaşları gələrək onu izahatının alınması üçün Xızı PRŞ-yə dəvət etmişlər. Həmin vaxt sərxoş halda olduğundan etdiyi hərəkətləri tam xatırlamır. Bildiyi qədər polis əməkdaşları təhqir edərək, onlara müqavimət göstərmişdir. Bundan sonra, polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Xızı RPŞ-yə gətirmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir və bir daha belə əmələ yol verməyəcəyinin nəzərə alınmasını xahiş edir. Həmçinin, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyini müdafiə edərək, Şəxs ilk dəfə inzibati xəta törətməsini və cavanlığını nəzərə alaraq barəsində İXM-nin 535.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Xızı rayon Polis Şöbəsinin QŞVQ-nın baş inspektoru X7 izahatında göstərdi ki, 02 noyabr 2022-ci il tarixdə, saat 01:53 radələrində DİN-nin “102” xidməti zəng mərkəzindən X2 şikayəti ilə əlaqədar daxil olmuş məlumat əsasında təhkim olunmuş əməkdaşlarla hadisə yerinə getmişlər. Orada Şəxs nizam intizama dəvət etsələr də, sonuncu buna məhəl qoymamış, əksinə nalayiq, təhqiramiz ifadələr işlətməklə öz qanunazidd hərəkətlərini davam etdirmişdir. Bundan başqa, Şəxs tabesizlik fonunda növbətçi hissənin avtomobilinə də zərbələr endirərək avtomaşının sağ arxa qapısını əzərək sındırmışdır. Beləliklə, Şəxs polis əməkdaşlarının səyi nəticəsində Xızı RPŞ-yə gətirilmiş, RPŞ-nin inzibati binasında da (növbətçi hissənin qarşısında) polis əməkdaşlarının ünvanına nalayiq ifadələr (əxlaqsız küçə söyüşləri) işlətməyi davam etdirməklə onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin vaxt dəfələrlə Şəxs nizam-intizama dəvət edərək, hərəkətlərinə son qoymasını tələb etmələrinə baxmayaraq, sonuncu əl-qol hərəkətləri edərək qışqırmağa davam etmişdir. Bundan sonra, bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xızı rayon Polis Şöbəsinin İTB-nın baş inspektoru X8 izahatında göstərdi ki, 02 noyabr 2022-ci il tarixdə növbətçi hissədə xidmətdə olarkən Şəxs digər polis əməkdaşları tərəfindən Xızı RPŞ-yə gətirilmiş, RPŞ-nin inzibati binasında (növbətçi hissənin qarşısında) polis əməkdaşlarının ünvanına nalayiq ifadələr (əxlaqsız küçə söyüşləri) işlətməklə onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin vaxt dəfələrlə Şəxs nizam-intizama dəvət edərək, hərəkətlərinə son qoymasını tələb etmələrinə baxmayaraq, sonuncu əl-qol hərəkətləri edərək qışqırmağa davam etmişdir. Bundan sonra, bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. İşdə olan sənədlərdən, o cümlədən müvafiq raportdan görünür ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 01:53 radələrində Xızı RPŞ-yə daxil olmuş məlumat (X1 Məmmədovun onu döyməsi ilə bağlı DİN-in 102 xidmətinə etdiyi şikayəti ilə əlaqədar) əsasında hadisə yerinə təhkim edilmiş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmçinin, İXM-nə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. (4) İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (6.1). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1). Eyni zamanda, İXM-nə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (31.2). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə tabe olmamasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 02:40 radələrində inzibati qaydada tutulması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən, saat 02:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Emin Abdullayev İş № 3(068)-64/2022 AZƏRBAYCAN RESPUBLİKASİ XİZİ RAYON MƏHKƏMƏSİ QƏRARİNDAN ÇİXARİŞ 02 noyabr 2022-ci il Xızı şəhəri X10 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, inzibati protokolu tərtib edən şəxs- Xızı RPŞ-nin İTB-nin polis sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Xızı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Xızı rayonu, Xızı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xızı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən, saat 02:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(068)-64/2022
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-64/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver