Məhkəmə qərarları › İş №3(068)-65/2025

Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-65/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-65/2025 15.07.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, İsayeva Kəmalə Zakir qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, ********* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Vakhıd Karımov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vakhıd Karımov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, ********* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verərək həmin qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-4093/2025 nömrəli qərardadı ilə şikayətçi Vakhıd Karımov tərəfindən Azərbaycan Respublikası DİNnin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı, ********* nömrəli qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət vermiş şəxs Vakhıd Karımova şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, inzibati xəta haqqında qərarından şikayət verilmiş şəxsə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətçinin və inzibati xəta haqqında qərarı tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, Vakhıd Karımovun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmə baxışından çıxarılaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vakhıd Karımovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, ********* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar