Məhkəmə qərarları › İş №3(068)-7/2023

Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-7/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-7/2023 14.02.2023 XIZI RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Yevlax rayonu, Nemətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Qusar rayonu, Hil kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı- Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 58-ci kilometrliyində idarə etdiyi "Opel Sintra minik” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən X2 idarə etdiyi "Porsche Cayenne” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı və X1 idarə etdiyi "Toyota Prado” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bu barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım yol patrul xidməti inspektoru X4 tərəfindən 08 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Xızı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Qusar rayonu, Hil kəndində yaşayır, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Avtomobil idarə etdiyi müddət ərzində yolnəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. 07 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhər avtovağzalından 4 nəfər qadın Qusar rayonuna getmək üçün idarə etdiyi "Opel Sintra minik” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və yaşadığı rayona gəlmişlər. Həmin qadınları səhər günü Bakı şəhərinə qaytarmalı olduğundan 08 yanvar 2023-cü il tarixdə, axşam saatlarında Qusardan çıxıb Bakı istiqamətinə hərəkət etmişdir. Təxminən saat 20:00 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 58-ci kilometrliyində yolun ortasında avtomobil dayandığını gördüyündən sağa manevr etmiş, lakin yol buzlu olduğundan idarə etdiyi avtomobil sürüşərək sonradan şəxsiyyətləri ona məlum olan X2 idarə etdiyi "Porsche Cayenne” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı və X1 idarə etdiyi "Toyota Prado” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, müharibə veteranı olmasının, sürücülük etməklə ailədə yeganə qazanc gətirən şəxs olmasının, habelə zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona ən yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və Zərərçəkmiş şəxs iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar (orqanın nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 məhkəmə-tibb ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 53 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının sağ hissəsinin yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən tğrənmişdir, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, yəni 08 yanvar 2023-cü il tarixə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar BDYPİ-nin YPXA-na göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, sərxoşluq müayinəsi zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi və gəlir məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Hacı adında övladı vardır və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi 80 manat təqaüd alır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığı, müharibə veteranı olmaqla, himayəsində yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, xüsusilə də müharibə veteranı olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar