Azərbaycan Respublikası adından QƏRAR Xızı rayonu İş № 3(068)-7/2024 02.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" MMC 150000 ABŞ dolları məbləğində olan pul vəsaitini 04 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 14800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 16 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə köçürülən 150000 ABŞ dolları məbləğində olan pul vəsaiti hesabına alınan malların həqiqətən tam olaraq ölkəyə idxal edilməsini təsdiq edən sənədləri və yazılı etirazı təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X4 tərəfindən "xxxx" MMC barəsində 16 fevral 2024-cü il tarixli EP-01140634 №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən "xxxx" MMC tərəfindən 150000 ABŞ dolları məbləğində vəsait 04 fevral 2022-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, həmin məbləğin 14800 ABŞ dolları məbləğində olan hissəsinə aid malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta haqda həmin protokolun Xızı Rayon Məhkəməsinə qəbul edilməsindən sonra məhkəmə tərəfindən ünvanlarına göndərilmiş bildiriş nəticəsində onlara məlum olmuşdur ki, barələrində inzibati orqan tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat mövcuddur. Tərəflərindən aparılmış sənədli araşdırmalar əsasında müəyyən edilmişdir ki, yuxarıda göstərilən inzibati xəta haqqında protokol əsassız və rəsmi səlahiyyətli sənədlərə zidd olaraq tərtib edilmişdir. EP serialı, ******* nömrəli, 16 fevral 2024-cü il tarixli protokolun vizual tanışlığı sübut edir ki, haqqında inzibati xəta barəsində iş üzrə icraat apardığı şəxsin özünü müdafiə hüququnu inzibati orqan və vəzifəli şəxs qəsdən pozaraq onun izahatını almamış və qarşı tərəfin malik olduğu sübutları, dəliləri araşdırmamışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Haqqında Məcəllənin müvafiq maddələrini və həmən protokolun 2-ci bəndinin tələblərini bilərəkdən pozmuşdur. Vəzifəli şəxsin hərəkətindəki hüququ bilərəkdən pozma və qəsd motivi o halla özünü təzahür etmişdir ki, obyektiv və tam hərtərəfli araşdırma məqsədi ilə səlahiyyətli gömrük orqanına sorğu edilməmiş və idxal barədə mötəbər sübut toplanmamışdır. "xxxx" MMC-nin sərəncamında olan və eyni zamanda inzibati orqan və vəzifəli şəxsin ixtiyarında olan 20 sentyabr 2021-ci il tarixli, 2021 nömrəli müqavilədən və həmin müqaviləyə aid Bank köçürmə, yol gömrük sənədlərindən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Gömrük bəyannamələrinin siyahısı: 1). BM- GRUP MMC - xx.xx.2022-ci il tarixdə GB № **********1241 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 36540 dollar; 2). BM-GRUP MMC - xx.xx.2022-ci il tarixdə GB № **********6279 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 67900 dollar; 3). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB №-**********9710 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 56700 dollar; 4). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB №-**********3376 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 40800 dollar; 5). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB № **********0321 təyinatı –Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 46900 dollar; 6). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB №-**********7043 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 42900 dollar; 7). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB №-**********7474 təyinatı -Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti-54000 dollar; 8). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB №**********8701 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 56400 dollar; 9). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə təyinatı GB№ **********2689-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 65800 dollar; 10). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB№ **********3590 təyinatı–Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 56400 dollar; 11). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB№ **********7731 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 55296 dollar; 12). BM-GRUP MMC xx.xx.2022–ci il tarixdə GB№ **********7665 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 67680 dollar; 13). BM-GRUP MMC xx.xx.2022-ci il tarixdə GB№ **********1773 təyinatı-Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti- 73500 dollar; 14). BM-GRUP MMC xx.xx.2023-ci il tarixdə təyinatı GB № -**********2898 -Heyvan yemi üçün istifadə edilən məhsullar kombiləşdirilmiş quş yemi, qiyməti-79624 dollar; cəmi: 800440 dollar. Cədvəldən göründüyü kimi cəmi 14 Gömrük bəyannaməsi əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixə kimi xx.xx.2021-ci il tarixli "xxxx" Şirkəti MMC ilə bağlanmış 2021 nömrəli müqavilə əsasında heyvan yemi üçün istifadə edilən məhsullar - kombiləşdirilmiş quş yemi Rusiya Federasiyasının Stavropol Vilayətindən "xxxx" MMC ünvanına, Xızı rayonu Sitalçay kəndinə 800440 ABŞ dolları məbləğində dəyərə malik mallar idxal edilmişdir. Bəyanamələrin siyahısındaki 1-ci və 2–ci sıra nömrəsində olan bəyannamələr xx.xx.2022-ci ilə qədər, yəni protokola qoşma sənədlərdə istinad olan və xx.xx.2022-ci il tarixdə Rusiyaya, "xxxx" MMC-yə bank köçürmə yolu ilə göndərilmiş 150000 ABŞ dolları məbləğinin köçürmə tarixinə kimi 104440 ABŞ dolları məbləğinə uyğun kombiləşdirilmiş quş yemi idxal edilmişdir və xx.xx.2022-ci il tarixdən sonra keçən iki il müddətində, xx.xx.2024-cü il tarixə kimi 696000 ABŞ dolları məbləğində dəyərə malik kombiləşdirilmiş quş yemi Rusiyadan, "xxxx"xxxx"xxxx" MMC-nin ünvanına idxal edilmişdir ki, bu da 150000 ABŞ dolları məbləğindən 4,6 dəfə çoxdur və inzibati orqan tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə aid "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-ci ilə kimi guya 14800 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılmaması və ya həmin məbləğdə malın idxal edilməməsi səbəbindən yaranan inzibati xəta hadisəsinin barəsində tərtib edilmiş inzibati icraat işinin əsasız olduğunu təsdiq edir. Həmin protolkolla "xxxx" MMC barəsində tətbiq edilən AR İXM-nin 430.4 maddəsinin dispozisiyasına görə ödənilmiş valyuta vəsaitinin (150 000 ABŞ dolları) muqabilində müəyyən edilmiş müddətlərdə (iki il, xx.xx.2022xx.xx.2024) müvafiq mallar (kombiləşdirilmiş quş yemi) idxal edilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına (14800 ABŞ dolları) görə inzibati xəta müəyyən edilə bilər. Göründüyü kimi "xxxx" MMC "xxxx" şirkəti MMC ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli 2021 tarixli müqavilə əsasında xx.xx.2022-ci ildə Rusiyaya köçürdüyü 150000 ABŞ dolları ilə bağlı heç bir inzibati xəta törətməmişdir və məlum inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta hadisəsinə səbəb olmamışdır. Protokola qoşma sənədlərdə istinad olunan “Ziraat Bankın” “Mərkəzi Banka” ünvanlı xx.xx.2024-ci il tarixli ZB № 287 saylı inzibati xəta haqqında iş üzrə icraata əsasverici məktubunda göstərilən 2 ədəd YGB ilə bağlı göstərilmiş məlumatlar (**********7665 saylı bəyannamə, 55576 USD məbləğində və **********2898 saylı bəyannamə, 79624 USD məbləğində) gömrük bəyannamələrindəki mövcud məlumatlara uyğun deyil. Belə ki, YGB **********7665-ci bəyannamədə 22-ci və 42-ci bəndlərdən göründüyü kimi həmin bəyannamə əsasında idxal edilmiş malların dəyəri 67680 ABŞ dolları təşkil edir, yəni bu iki istinad olunan bəyannamələr əsasında idxal olunmuş malların dəyəri 147304 ABŞ dolları təşkil edir ki, bu da məktubda göstərilən 14800 ABŞ dolları avans qalığından tam fərqli bir məbləğ yaradır (2696 ABŞ dolları). Göstərilən rəsmi məlumatlardan müəyyən edilir ki, "xxxx" MMC-yə aid tərtib edilmiş məlum inzibati xəta haqqında protokol tam əsassızdır və məlum inzibati icraat işi faktlara və qanunvericiliyə ziddir. AR İXM-nin müəyyən etdiyi kimi inzibati xətalar qanunvericiliyinin vəzifələri o cümlədən insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaqdan, inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məlum protokolla "xxxx" MMC-nin hüquqlarının və azadlıqlarının pozulduğunu ona görə hesab edirlər ki, "xxxx" MMC tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə aid heç bir təqsirli hərəkəti, əməli yoxdur. Qanuvericiliyin inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilməsi protokolda haqqında iş üzrə icraat aparılan şəxsi izahatlarının göstərilməsi, gömrük və maliyyə işi sahəsində inzibati araşdırmanın aparılması, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına həmin işlər üzrə sənədlərin vəzifəli şəxs tərəfindən şəxsən verilməsi, poçt göndərişi ilə çatdırılması haqqında tələblərinə də inzibati orqanın vəzifəli şəxsləri tərəfindən "xxxx" MMC barəsində riayət edilməmişdir. Etirazda qeyd olunan hallara aid yazılı məlumatları, arayış və gömrük bəyannamələrini təqdim edərək və AR İXM-nin 105-ci maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında “Mərkəzi Bank” tərəfindən "xxxx" MMC haqqında AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə aid Xızı Rayon Məhkəməsinin icraatında olan 3(068)- 7/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı və inzibati xəta tərkibi olmadığı səbəblərindən AR İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə əsasən xitam verilməsi barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin bu şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə 20 sentyabr 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 04 fevral 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə həmin şirkətə heyvan yemi üçün istifadə edilən məhsullar - kombiləşdirilmiş quş yemi alınması məqsədilə 150000 ABŞ dolları pul ödənilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə köçürülən 150000 ABŞ dolları məbləğində olan pul vəsaitindən **********7665 nömrəli yük gömrük bəyannaməsinə əsasən 55576 ABŞ dolları, **********2898 nömrəli yük gömrük bəyannaməsinə əsasən isə 79624 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, avans qalıq - 14800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarına əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin təqdim etdiyi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə aparılmış idxal əməliyyatları barədə məlumatlardan və təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə **********9710 nömrəli gömrük bəyannaməsinə əsasən 56700 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********3376 nömrəli gömrük bəyannaməsinə əsasən 40800 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********0321 nömrəli gömrük bəyannaməsinə əsasən 46900 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********7043 nömrəli gömrük bəyannaməsinə əsasən 42900 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********7474 nömrəli gömrük bəyannaməsinə əsasən 54000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********8701 nömrəli gömrük bəyannaməsinə əsasən 56400 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********2689 nömrəli gömrük bəyannaməsinə əsasən 65800 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********3590 nömrəli gömrük bəyannaməsinə əsasən 56400 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********7731 nömrəli gömrük bəyannaməsinə əsasən 55296 ABŞ dolları, xx.xx.2022–ci il tarixdə **********7665 nömrəli gömrük bəyannaməsinə əsasən 67680 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə **********1773 nömrəli gömrük bəyannaməsinə əsasən 73500 ABŞ dolları və xx.xx.2023-ci il tarixdə **********2898 nömrəli gömrük bəyannaməsinə əsasən 79624 ABŞ dolları, cəmi 696000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırda inzibati xəta hadisəsi baş verməmiş, o cümlədən hüquqi şəxsin tərəfindən inzibati xəta törədilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC ilə 20 sentyabr 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 04 fevral 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə həmin şirkətə heyvan yemi üçün istifadə edilən məhsullar - kombiləşdirilmiş quş yemi alınması məqsədilə 150000 ABŞ dolları məbləğində olan pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət ərzində həmin məbləğində vəsait hesabına alınan mallar ölkəyə tam idxal edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi "xxxx" MMC barəsində toplanmış inzibati xəta haqqında materiala Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lazımi diqqətlilik nümayiş etdirilməmiş, habelə sənədin icrası nəticəsi üzrə kifayət qədər araşdırma aparılmadan düzgün olmayaraq inzibati xəta hadisəsi olması qənaətinə gəlinməklə, "xxxx" MMC barəsində 16 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, "xxxx" MMC tərəfindən 150000 ABŞ dolları məbləğində olan pul vəsaiti hesabına alınan malların həqiqətən tam olaraq ölkəyə idxal edilməsini təsdiq edən müvafiq sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsində mövcud olmuşdur. Eyni zamanda inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubunda göstərilən 2 ədəd yük gömrük bəyannaməsi ilə bağlı göstərilmiş məlumatlar (**********7665 nömrəli yük gömrük bəyannaməsinə əsasən 55576 ABŞ dolları, **********2898 nömrəli yük gömrük bəyannaməsinə əsasən isə 79624 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməsi, avans qalıq - 14800 ABŞ dolları) gömrük bəyannamələrindəki mövcud məlumatlara uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin təqdim etdiyi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə aparılmış idxal əməliyyatları barədə məlumatlardan və təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, xx.xx.2022–ci il tarixdə **********7665 nömrəli gömrük bəyannaməsinə əsasən 67680 ABŞ dolları və xx.xx.2023-ci il tarixdə **********2898 nömrəli gömrük bəyannaməsinə əsasən 79624 ABŞ dolları, cəmi 147304 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Bu da məktubda göstərilən 14800 ABŞ dolları avans qalığından tam fərqli bir məbləğ (2696 ABŞ dolları) təşkil edir. Belə olan halda inzibati xəta hadisəsi baş vermədiyindən "xxxx" MMC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə, inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, "xxxx" MMC 04 fevral 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə 150000 ABŞ dolları məbləğində olan pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 il müddət ərzində həmin məbləğində vəsait hesabına alınan mallar ölkəyə tam idxal edilmiş və bu halda həmin MMC-nin təqsiri müəyyən olunmamışdır. Bundan başqa, əgər nəzərə alsaq ki, İXM-nin 430.4-cü maddəsi mahiyyət etibarı ilə xarici valyutanın ölkədən kənara qanunsuz yollarla çıxarılmasının qarşısının alınmasına, həmçinin təyinatı üzrə xərclənməsinə xidmət edir, mövcud vəziyyətdə xarici valyutanın təyinatından kənar sərf edilməsinə yol verilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat zamanı səlahiyyətli şəxs tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, bununla bağlı lazımı dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmiş, eləcə də inzibati xəta haqqında protokol tərtib olunarkən MMC-nin nümayəndəsinə məlumat verilməmiş, öz izahatını vermək və qeydlərini aparmaq şəraiti yaradılmamış, yalnız səthi aparılmış araşdırmalar nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmiş, bu halı təsdiq edəcək müvafiq akt və ya digər sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. İXM-nin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.2-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: -18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 18.6.-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Göründüyü kimi, hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, göstərilən səlahiyyətli şəxslər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati məsuliyyət müəyyən edən hərəkət və ya hərəkətsizlik etmiş olsun. Halbuki iş üzrə "xxxx" MMC-nin səlahiyyətli şəxslərinin MMC-nin xeyir və maraqlarının qorunması üçün təqsirli hərəkətləri müəyyən olunmur. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sözügedən Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Giləzi Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 150000 ABŞ dolları məbləğində olan pul vəsaiti hesabına alınan mallar ödənişin aparıldığı gündən 2 il müddət ərzində ölkəyə tam idxal edildiyindən, bununla da inzibati xəta hadisəsi olmadığından MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(068)-7/2024
Xızı Rayon Məhkəməsi Qərar — İş №3(068)-7/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver