Məhkəmə qərarları › İş №3(068)-7/2025

Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-7/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-7/2025 23.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsi barədə vəsatətinə ona əlavə edilən sənədlərlə birlikdə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 vəsatət ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini bərpa edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 vəsatətinə uyğun izahat verərək, bildirmişdir ki, elə həmin gün onun elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi barədə SMS məlumat gəlmiş və inzibati tənbeh vermə haqqında elektron qərar sistemə yerləşdirilmişdir. Bundan sonra o, bu barədə idarə etdiyi avtomobilin sahibinə məlumat vermiş və öz işlərinə başı qatışdığından şikayətin niyə gec göndərilməsi barədə məlumatsız olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq elektron qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, vəsatəti nəzərdən keçirib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 vəsatəti əsaslı olmadığına görə təmin edilməməli, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-in 353.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və qəbul edildiyi tarixdən şikayət məhkəməyə təqdim olunması tarixədək 1 ay 14 gündən artıq müddət keçmişdir. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə xx.xx.2024-cü il tarixdə imzalanmış və poçt şöbəsinə xx.xx.2025-ci il tarixdə verilmişdir. X3 vəsatətində və şikayətində qərarı vaxtında əldə etmədiyini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də izahatında elə həmin gün onun elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi barədə SMS məlumat gəldiyini və inzibati tənbeh vermə haqqında elektron qərarın sistemə yerləşdirildiyini bildirmişdir. Göründüyü kimi, X3 mübahisələndirdiyi qərarı elə xx.xx.2024-cü il tarixdə almışdır. Bu səbəbdən də, məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti verilmə müddətinin buraxılması səbəbinin bu əsasla üzrlü hesab edilərək, onun bərpa edilməsi tələbinə dair ərizəsinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnzibati xəta haqqında iş materialından da görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərarını aldığı gündən 20 gün müddətində şikayət verməli olduğu halda, buna riayət etməmişdir. Beləliklə inzibati tənbehvermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 1 ay 14 gündən sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, şikayət verən X1 vəsatəti rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24745482 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 vəsatəti rədd edilsin. Şikayət inzibati xəta törətmiş şəxs X2 geri qaytarılsın. Qərardaddan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar