Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 3(068)-70/2025 23.07.2025 XIZI RAYON MƏHKƏMƏSİ Mən, Xızı Rayon Məhkəməsinin sədri X2, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 28 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti baxılmağa hazırlayarkən, müəyyən etdim: Xızı Rayon Məhkəməsinə X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 28 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd edilən 04 noyabr 2020-ci il tarixli Qərarında göstərmişdir ki, İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət İXM-in 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən verilməlidir. Şikayət ərizəsinə əlavə edilmiş və hazırda mübahisələndirilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 28 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununda hadisənin 11 may 2025-ci il tarixində “Tağıyev – Sahil qəsəbə yolu, 0,5 km” adlı ərazidə törədilməsi göstərilmişdir. Göründüyü kimi, X3 mübahisələndirdiyi qərarda hadisənin Bakı şəhəri Qaradağ rayonu ərazisində törədilməsi qeyd olunmuşdur X1 qərardan verdiyi şikayətə yaşayış yeri üzrə baxılması haqqında vəsatət əlavə etməmişdir. İnzibati tənbeh tətbiq edilməsinə əsas olan hadisə Bakı şəhəri Qaradağ rayonu ərazisində törədildiyindən və şikayət vermiş şəxs tərəfindən inzibati işə onun yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmədə baxılmasına dair vəsatət verilmədiyindən hesab edirəm ki, hazırkı şikayətə baxmaq səlahiyyəti törədilməsi ehtimal olunan inzibati xətanın baş verdiyi ərazi üzə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən, sözügedən material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması həll edilir. İXM-in 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 28 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1, 129.4 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 28 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. X6
Məhkəmə qərarları › İş №3(068)-70/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №3(068)-70/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver